azadses.az » Siyasət » “Laçın dəhlizi, Şuşa, Xankəndi bu gün, sabahlıqdır…”

“Laçın dəhlizi, Şuşa, Xankəndi bu gün, sabahlıqdır…”

"Laçın Dəhlizinin Ordumuz tərəfindən nəzarətə götürülməsinin bizə ən böyük üstünlüyü o olacaq ki, biz düşmənin ən əsas təchizat və təminat yolunu bağlayacağıq".
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu ehtiyyatda olan polkovnik Nazim Əhmədov deyib. Polkovnik bildirib ki, Laçın yolunun ardınca Kəlbəcər yolu da bağlansa düşmən mühasirəyə düşəcək:
 
"O yol bağlananda Ermənistan ordusu təminat-təchizatdan məhrum olacaq. Yəni ki, bununla biz onların onurğa sümüyünü sındıracağıq. Prezidentin köməkçisi Hikmət Hacıyev də dedi ki, hələ ki, düşmən Laçın Dəhlizini özü bağlayıbdır. Müvəqqətidir bu da, bizimkilərin nəzarətinə keçəndən sonra biz onları yarı can edəcəyik. Ordu da təminat-təchizatla təmin olunmasa heç bir döyüş əməliyyatları apara bilməz. Bu da onların birbaşa məğlubiyyətinə gətirib çıxardacaq.
 
Onların hələ ki, Kəlbəcər yolu açıqdır. Tam şəkildə ora da bağlansa Ermənistan ordusu mühasirəyə düşəcək. Lakin biz burada bir humanist addım atırıq: bunu Prezidentimiz də dedi ki, "Silahlarınızı qoyun, rədd olun gedin". Biz sizə bu imkanı yaradırıq. Onlar bunu dərk edirlər ki, Laçın yolunun ardınca Kəlbəcər yolu da bağlansa mühasirəyə düşəcəklər. Bir yolları qalır, silahı yerə qoyub, əllərini qaldırsınlar. Bu bir şansdır bunlara verilib. Ölmək istəmirsinizsə, çıxın gedin. Hələ ki sizə şans veririk. Biz bununla bir daha öz humanistliyimizi göstəririk. Bu da onların rəhbərliklərinin qərarından asılı olacaq. Rəhbərliklərinin bu imkandan necə istifadə edəcəyi, öz ordusuna necə münasibət bəsləyəcəyi burada bir daha bilinəcək.
 
Ermənilər elə düşünürlər ki, 1990-1992-ci illərin müharibəsidir. Düşünürlər ki, üçüncü bir dövlətin köməyi, təzyiqi ilə torpaqlarımızı işğal edə biləcəklər. Bu, belə deyil. Hər şey göz qabağındadır. Mən düşünürəm ki, həm Laçın Koridoru, həm bizim Şuşamız, sonra da Xankəndimiz bu günlük, sabahlıqdır. Əgər Xocavənd də Ordumuzun nəzarətinə keçsə, heç Ağdama hücum etməsək də olacaq. O vaxt demək olar ki, Ağdam mühasirədə qalacaq. Düşmən istər-istəməz Ağdamı özü boşaldacaq. Bu da bizim komandanlığın ağıllı gedişidir ki, bir də Ağdama hücum edib şəxsi heyyəti itirməməkdən ötrü mühasirəyə salmaq imkanımızdan yararlanır".Milli.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib