azadses.az » Siyasət » XİN: Fransalı nazirin açıqlaması tamamilə qərəzlidir

XİN: Fransalı nazirin açıqlaması tamamilə qərəzlidir

"Fransanın Avropa və Xarici İşlər üzrə naziri J.İ. Lö Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır".
Bu barədə ''Azad Səs''-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Qeyd etmək istərdik ki, birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransa xarici işlər nazirinin digər həmsədr ölkələri adından çıxış etmək səlahiyyəti yoxdur.
Fransa xarici işlər nazirinin ölkəsinin həmsədr kimi mandatına uyğun olaraq, öz ölkəsinin daimi üzv qismində 1993-cü ildə lehinə səs verdiyi BMT TŞ qətnamələrinin tələblərinin yerinə yetirilməsi bəyanatları ilə çıxış etdiyini, təəssüf ki, bu illər ərzində müşahidə etməmişik. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğuna dərhal son verilməsi və bu ərazilərdən zorla qovulmuş insanların öz evlərinə geri dönməsi tələbinin Fransanın xarici siyasətə məsul qurumu tərəfindən nə zaman səsləndirildiyini xatırlamırıq. Yoxsa münaqişə nəticəsində yüz minlərlə azərbaycanlının fundamental insan hüquqlarının kobud şəkildə pozulması Fransanı maraqlandırmır?!
Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Fransanı narahat etməməlidir", - qeyd olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib