azadses.az » Siyasət » “Euronews” işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb

“Euronews” işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb

“Euronews” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb.
''Azad Səs'' AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda Azərbaycan əsgərləri tərəfindən Füzuli şəhəri azad ediləndən sonra Azərbaycan bayrağını ucaltmaq üçün bircə salamat bina tapmaq mümkün olmadığı qeyd edilir. Buna görə də bayrağı dağıdılmış mədəniyyət evinin fasadı üzərində ucaltmalı olublar.
Reportajda bildirilir ki, işğaldan əvvəl sıx məskunlaşmış və günbəgün firavanlasan Füzuli şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və qarət edilib. İndi bu ərazi apokaliptik film üçün dekorasiyaya oxşayır.
Vurğulanır ki, şəhərdə yalnız azərbaycanlı hərbi qulluqçuların müşayiəti ilə və əsas yollarla hərəkət etmək mümkündür. Əsgərlərin sözlərinə görə, hər yer minalanıb. Buna görə də 30 il bundan əvvəl Füzulidə yaşamış insanlar indi yalnız öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilərlər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”un müxbirinə bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktıdır. İşğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerlə-yeksan ediblər. Hikmət Hacıyev deyib ki, Azərbaycan ermənilərin dağıtdığı şəhəri bərpa edəcək, Füzuliyə həyat qayıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.
Füzulidən olan məcburi köçkün Arzu Şəfiyeva qeyd edib ki, təqribən 30 il bundan əvvəl onun ailəsi buradan qaçmağa məcbur olanda evləri tamam başqa görkəmdə idi. O deyib: “Biz heç nə götürə bilmədik, hər şeyi qoyub getdik. Evimizin qapısını bağlamışdıq, düşünürdük ki, oraya qayıdacağıq. İnanıram ki, buraya qayıdacağıq, təzə ev tikəcəyik, onun şəklini çəkəcəyik və indiki vəziyyətlə onun fərqini göstərəcəyik”.
Reportajın sonunda vurğulanır ki, bu şəhəri özlərinin evi adlandıran 10 minlərlə insan Füzuliyə qayıtmağı və onu bərpa etməyi səbirsizliklə gözləyir.

      
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu