azadses.az » Şou biznes » Nəsibə Abdullayeva: “Prezident dedi ki, bu ada ən layiqli namizəd sənsən” - MÜSAHİBƏ + FOTO

Nəsibə Abdullayeva: “Prezident dedi ki, bu ada ən layiqli namizəd sənsən” - MÜSAHİBƏ + FOTO

“Sevinirəm ki, Özbəkistanın incəsənət və musiqi tarixində ilk Xalq artistiyəm ki, həm də Azərbaycanın Xalq artisti adına layiq görülmüşəm”.

Bunu Modern.az-a müsahibəsində Xalq artisti Nəsibə Abdullayeva deyib. Müğənni ilə müsahibəni təqdim edirik:

- Nəsibə xanım, azərbaycanlı pərəstişkarlarınız bu xəbərə çox sevindilər. Sizin təltif olunmağınız hamının ürəyincə oldu. Siz Özbəkistanda da çox sevilirsiniz, bir nömrəli sənətçisiniz, lakin Azərbaycan üçün də o qədər əzizsiniz. Bunu özünüz də gözəl bilirsiniz.

- Bilirsiniz, bu mənim üçün çox vacibdir. Mən çox istəyərəm ki, Azərbaycan Prezidentinin imzası ilə layiq görüldüyüm bu fəxri ad, adından da göründüyü kimi, həqiqətən, xalqın adından verilsin. Mən çox istəyirəm ki, xalq Prezidentin verdiyi qərardan şad olsun, razı olsun. Ona görə ki, prezidentin imzasıyla verilən ad onun imzasına layiq olmalıdır. Qoy kənardan deməsinlər ki, filankəs bu ada layiq deyil.

- Xəbəriniz varmı, bütün xəbər saytları sizin fəxri ad almağınızı necə sevinclə yayırdılar? Bəs siz özünüz xəbəri necə aldınız?

- Səhər yuxudan oyananda “Facebook” səhifəsini açdım və burada öz şəklimi, adımı gördüm... Və sonra təbriklər yağmağa başladı, zənglər hələ də kəsilmək bilmir...

- Təbriklərin hamısı Azərbaycandanmı gəlir?

- Yox, həm Azərbaycandan, həm Özbəkistandan təbriklər almaqdayam.

- Nəsibə xanım, sizə Özbəkistandan gələn təbriklər, əlbəttə ki, həm də özbək xalqının Azərbaycan musiqisinə verdiyi dəyərdir. Sizin üçün bu mükafata layiq görülməyiniz gözlənilməz oldumu?

- Bilirsiniz, Prezident İlham Əliyev bu ilin iyun ayının sonlarında Özbəkistanda rəsmi səfərdə olanda onun şərəfinə təşkil olunan musiqili proqramlarda mənim də iştirakım təsdiq olunmuşdu. Azərbaycan Prezidentinin şərəfinə verilən əsas konsertdən sonra hər iki prezident - Şavkat Mirziyoyev də, İlham Əliyev də səhnə arxasında Özbəkistanın sənət adamları ilə görüşdülər.

Həmin görüşdə prezidentlər dedilər ki, biz belə qərara gəlmişik ki, Azərbaycanın və Özbəkistanın artistlərini fəxri adlarla mükafatlandıraq. Özbəkistan prezidenti dedi ki, mütəxəssislərlə məsləhət edib, belə qərara gəlinib ki, bu ada ən layiqli və birinci namizəd Nəsibə Abdullayevadır. Azərbaycan Prezidenti isə dedi ki, Müstəqillik Günündə Nəsibə xanımı təltif edərik. Şəxsən mən elə bilirdim ki, bu təltiflər Azərbaycanın Müstəqillik Günündə olacaq. Ona görə də sərəncamın indi verilməsi mənim üçün gözlənilməz oldu.

- Nəsibə xanım, əslində, bu əlamətdar hadisə sübut edir ki, Azərbaycan və Özbəkistanın həm müstəqillik bayramları, həm də bütün sevincli günləri hər iki ölkə üçün eyni cür əlamətdar olur. Bu, həm xalqlarımızın, həm də dövlətlərimizin diplomatiyasıdır.

- Mən demək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına minnətdaram. Siz bilirsiniz ki, mən Azərbaycanı, Azərbaycan musiqisini necə sevirəm. Mən bu mahnıları 42 ildir, ifa edirəm. Azərbaycan mahnıları ifa edərkən, musiqilərini səsləndirərkən heç vaxt hər hansı bir mükafat haqqında düşünməmişəm. Sadəcə bu musiqilərə vurğunam. Azərbaycan musiqiləri doğulduğum gündən mənim həyatımda olub. Mən onları sevmişəm, sevirəm, nə qədər ömrüm varsa, sevəcəyəm. Bir onu bilirəm ki, hər zaman bu mahnıları böyük məhəbbətlə ifa etmişəm, yaşatmışam. Azərbaycan xalqı var olsun ki, dünyanın hər yerində sevilən, dinlənilən belə gözəl musiqi xəzinəsinə malikdir.

- Gənc müğənni kimi Özbəkistanın “Əməkdar artisti” adını 1987-ci ildə almışdınız. Mən də o vaxt Daşkənddə tələbə idim. Bizim universitetdə konsert verirdiniz. Orada tanış olduq. Sizi artıq Azərbaycanda da tanıyırdılar. 32 yaşınızda isə ən gənc ifaçı kimi Özbəkistanın “Xalq artisti” adına layiq görüldünüz.

- Hətta 32 də deyil, 31 yaşım var idi. O günlər unudulmazdır. Bu gün isə həm də ona görə sevinirəm ki, Özbəkistanın incəsənət və musiqi tarixində ilk Xalq artistiyəm ki, həm də Azərbaycanın Xalq artisti adına layiq görülmüşəm.

- Nəsibə xanım, 26 avqustda Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunun erməni işğalından tam azad olması haqqında yeni “tweet” yazdı. Həmin günü sizin ifa etdiyiniz “Ay Laçın” mahnısını sosial media səhifələrimdə yerləşdirdim. İndi sizin ifa etdiyiniz “Ay Laçın” mahnısını Laçının özündə 30 il əvvəl səsləndirdiyimiz kimi səsləndirə bilirik. Laçının dağları, düzləri səsinizi dinləyir...

- Mən yenə də Azərbaycan xalqını təbrik edirəm.

- Bir danılmaz həqiqət də var ki, bizim musiqilərə, mahnılara Nəsibə xanım ikinci ömür, ikinci nəfəs verir. Sizin səsinizdə musiqilər daha əsrarəngiz, daha çox yaşayan olur. Daha sevimli olur. Biz də buna görə sizə minnətdarıq. Onu da bilirəm ki, siz özünüzü heç vaxt şou-biznesə qatmırsınız, sənətinizə ciddi yanaşırsınız.

- Bəli, mən heç vaxt özümü şou-biznesdə görməmişəm, həmişə də belə qalacağam. Başqa cür ola bilmərəm.

- Ötən il sizinlə müsahibələrimin birində dediniz ki, Azərbaycanın Zəfəri haqqında sizin ifa etməyiniz üçün bir mahnı yazılsın. Sizin bu arzunuzun həyata keçməsi üçün sorğu keçirdik, tanınmış bəstəkarımız, Azərbaycanın Xalq artisti, professor Faiq Şücəddinov bu xeyirxah işi öz üzərinə götürdü. Həmin mahnı nə zaman ərsəyə gələcək, məlumatlısınızmı?

- Faiq müəllimlə elə ilk telefon danışığımızdan dost olduq. Hələ üz-üzə gəlməmişik. Lakin onun təklif etdiyi musiqi və mahnı, elə bil ki, mənim ruhuma biçilib. Bu mahnı Azərbaycan bəstəkarı tərəfindən şəxsən mənim ifam üçün yazılan ilk mahnıdır. Buna görə Faiq müəllimə də, təşəbbüskar kimi sizə də çox minnətdaram. Yadınıza gəlirsə, bir dəfə mən sizə demişdim ki, o mahnının belə gec ərsəyə gəlməsinə mənim COVID-19 virusuna yoluxmam səbəb olub. Uzun müddət oxuya bilmədim. İndi mahnı hazırdır. Təkcə səsimin aranjirovkası qalıb. Bu yaxınlarda, Allah qoysa, yazarıq, hazır olan kimi mən sizə xəbər edəcəm...

- Xeyirli və uğurlu olar, inşallah.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?