azadses.az » Cəmiyyət » Kirayə yolu ilə mənzili almaq istəyənlərə ŞAD XƏBƏR: DAHA BİR İMKAN

Kirayə yolu ilə mənzili almaq istəyənlərə ŞAD XƏBƏR: DAHA BİR İMKAN

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi üzrə mənzillər mənzil fonduna daxil edilib.
Fonddan ''Azad Səs''-ə bildirilib ki, yeni kompleks Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 132 mənzil təklif olunur. Qeyd olunan yaşayış kompleksində təklif edilən mənzillərin aylıq ödənişləri 449 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə illik 4 faiz (sığortalanma daxil) həcmində xərclər nəzərə alınmaqla hesablanır. Kompleks üzrə mənzillər 1, 2, 3 və 4 otaqlıdır. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.
Hazırda yeni ünvan da daxil olmaqla fondun balansında olan satmaq öhdəliyi ilə kirayə yaşayış sahələri Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda yerləşir. Bu yaşayış sahələrinin dördü Bakıda, 2-si Sumqayıtda, 2-si isə Xırdalandadır. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Sənədlər fonda təqdim edildikdən sonra ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır. Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (“www.mcgf.gov.az”), habelə “1549” Çağrı mərkəzinə zəng etməklə, həmçinin “Elektron ipoteka və kredit zəmanət” sistemindən (EİKZS) istifadə ilə bağlı məlumatı sistemdə yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  2. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  3. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
  4. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  5. DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm
  6. Xaçmazda 8 otaqlı evdə yanğın olub
  7. Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan şəxs Bakıya gətirilib
  9. Sabah Bakıda 22 dərəcə isti olacaq
  10. Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar