Ölümü erkənləşdirən yeni əlamət açıqlandı
- 23-12-2020, 08:08
- Cəmiyyət
Beynəlxalq alimlər qrupu, sağ və sol qolda qan təzyiqi fərqinin insult, infarkt və erkən ölüm riskini göstərə biləcəyini müəyyənləşdirib.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Hypertension” jurnalında dərc olunan məqalədə bildirilir.
Tədqiqatçılar Avropa, ABŞ, Afrika və Asiyadan təxminən 54 min insanın iştirak etdiyi 24 fərqli araşdırmanın meta-təhlilini aparıblar.
Mütəxəssislər qollar arasındakı qan təzyiqi fərqinə dair məlumatlara baxıblar, 10 il ərzində baş verən ölüm sayını, ürək tutmalarını və insultların sayını izləyiblər.
İki qoldakı sistolik (yuxarı) qan təzyiqi göstəriciləri arasındakı əhəmiyyətli fərq, damarların daralmasını və ya sərtliyini göstərə bilər ki, bu da qan axışını təsir edir.
Hər bir əlavə millimetr civə fərqi yaxın 10 il ərzində stenokardia, infarkt və ya insult riskini bir faiz artırır.
Bu vəziyyətdə 10 millimetr civə fərqi normanın yuxarı həddidir.