azadses.az » Cəmiyyət » Yanvarın 1-dən "sms icazə" sisteminin ləğv ediləcəyi ilə bağlı VACİB AÇIQLAMA

Yanvarın 1-dən "sms icazə" sisteminin ləğv ediləcəyi ilə bağlı VACİB AÇIQLAMA

Son günlər Azərbycanda koronavirusa yoluxanların sayında 2 dəfədən çox azalma müşahidə olunur. Belə ki, dekabrın 24-də Azərbaycanda koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 40 nəfər isə COVID-19-dan vəfat edib. Gündəlik koronavirusa yoluxanların sayında azalma dinamikası davam edərsə, yanvarın 1-də sms icazə sistemi ləğv edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, sərtləşməyə gedilmədən öncə Azərbaycanda koronavirusa yoluxanların sayı kritik vəziyyətə çatmışdı:

"Gün ərzində yoluxma 4000-ni keçmişdi. Sağalanlar isə yoluxanlara nisbətən 2-3 dəfə aşağı idi. Dekabrın 14-dən sərt karantin rejimi tətbiq edildikdən sonra görülən tədbirlərin müsbət nəticələrini görürük. Hər gün yoluxanların sayı azalır. Artıq yoluxanların sayı 1800-ə düşüb və gündəlik sağlanların sayı yoluxanlardan 2-3-dəfə çoxdur. Bu bir daha onu göstərir ki, sərt karantin rejiminin tətbiqi və insanlarımızın qoyulan qaydalara əməl etməsi özününün müsbət nəticəsini göstərir.

Qaydaların sərtləşməsi və cərimələrin artırılması nəticəsində biz azalmanın şahidi oluruq. Bilirsiniz ki, sərt karantin rejimi və "sms icazə" sistemi yanvarın 18-nə kimi qüvvədədir. Ümumi karantin rejimi isə yanvarın 31-nə kimi uzadılıb. Əgər bu müddət ərzində yoluxanların sayı azalarsa, sağalanların sayı artarsa sərt karantində hansısa yumaşalmalara getmək və "sms icazə" sisteminin ləğv edilməsi mümkündür.

Dövlətimiz tərəfindən həyata keçirilən siyasətin əsas istiqaməti insanların sağlamlığının qorunmasıdır. Cərimələrin artmasında əsas məqsəd insanaları bu bəladan qorumaqdır. Dövlətimiz də istəyir ki, yoluxanların sayı minumuma düşsün və sağalanların sayı günbəgün daha da artsın. Artıq insanlar arasında qoyulan qaydalara məsuliyyətlə yanaşma müşahidə edirik. Düzdür, bəzi istisnalar var. Hansı ki, koronavirusa yoluxan insanın evdə qalmalı olduğu halda küçədə gəzdiyini müşahidə edirik. Yaxud maskadan istifadə etməyənlər var.

Əlbəttə belə insanlar azlıq təşkil edir. Ümumilikdə insanlarımız qoyulan qaydalara tam əməl edir və bunun da müsbət nəticəsini görürük. Bilirsiniz ki, yanvarın əvvəlindən peyvəndlənməyə başlanacaq. Vaksinasiya başlayandan sonra görülən tədbirlərin müsbət nəticələrini görməkdə davam edəcəyik. Bir daha insanlarımızı qoyulan qaydalara əməl etməyə çağırıram. Hər birimiz istəyirik ki, tezliklə normal həyatımıza qayıdaq. Normal həyatımıza qayıtmaq üçün də qoyulan 3 qızıl qaydaya əməl etməliyik".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu