azadses.az » Mədəniyyət » Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb

Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb

Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərhumla əvvəlcə saat 10:30-də Təzə Pir məscidində vida mərasimi olacaq.

Ardınca cənazə dəfn edilmək üçün Qurd qapısı qəpiristanlığına aparılacaq.

Qeyd edək ki, görkəmli balet ustası, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva 12 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib.

Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Tamilla Şirəliyeva Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykovski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyaları böyük məharətlə ifa edib.

Sənətkar eyni zamanda Tofiq Bakıxanovun “Xeyir və Şər”, “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə və Niyazinin “Rast” muğam-baletinə quruluş verib.

Tamilla Şirəliyeva 1977-ci ildən eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1970-ci ildə “Əməkdar artist”, 1978-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil idaretmədən çıxaraq idman zalına çırpılıb, sürücü ölüb
  2. Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
  3. Kəhrəbada həkk olunan sirr: "Göz qabağında gizlənən" qədim qarışqa növü kəşf edildi
  4. Gəncədə beş nəfər qidadan zəhərlənib
  5. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  6. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  7. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  8. Azərbaycanda zəlzələ olub
  9. Bakıda kitabxana yanıb
  10. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu barədə Ətraflı
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib