"Bavariya"nın futbolçusu imtahana qatılacağı üçün dünya çempionatına aparılmır
- Dünən, 11:19
- İdman
Almaniyanın "Bavariya" klubunun futbolçusu Uisdom Mayk imtahanda iştirak edəcəyi üçün klublararası dünya çempionatına qatılmayacaq.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi məktəbi bitirdiyinə görə Almaniyada qalmalı olub.
Oyunçu hələlik Münhen təmsilçisinin əsas komandasında debüt edə bilməyib. Onun ilk belə imkanı ABŞ-dəki turnirdə əldə edəcəyi gözlənilirdi.
Qeyd edək ki, Uisdom Mayk 2024/2025 mövsümündə "Bavariya"nın gənclər komandasında 23 matçda 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.