“Bavariya”nın kapitanı ciddi zədələnib
- 10-12-2024, 09:44
- İdman
Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı və kapitanı Manuel Noyerin qabırğası sınıb və 2024-cü ildə Münhen üçün meydana çıxmayacaq.
“Report” xəbər verir ki, bunu “Bavariya”nın baş məşqçisi Vinsent Kompani deyib.
“Onun qabırğası sınıb və yəqin ki, bu il oynamayacaq. Əsas odur ki, o, indi sağalsın və ümid edirəm Manuel yanvarda bizə qayıdacaq”, - Kompani bildirib.
Noyerin 38 yaşı var, bu mövsüm “Bavariya”nın heyətində 19 oyun keçirib, onlardan 12-sində top buraxmayıb. Qapıçı 2011-ci ildən “Bavariya”da çıxış edir.
O, komanda ilə birlikdə 11 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub.