Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
- Dünən, 09:41
- Mədəniyyət
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 89 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə onun oğlu məlumat verib.
“Təəssüflə bildiririk ki, atamız Mario Varqas Lyosa bu gün Limada ailəsinin əhatəsində dinc şəkildə vəfat edib”, – yazıçının övladlarının bəyanatında deyilir.
Qeyd edək ki, Mario Varqas Lyosa Peru yazıçısı, Latın Amerikasının ən böyük müəlliflərindən biri, 2010-cu il Ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. Onun yaradıcılığı roman, esse və pyes kimi janrları əhatə edir və tez-tez Latın Amerikasındakı siyasi və sosial vəziyyətin tənqidini özündə ehtiva edir. Onun məşhur əsərləri arasında “Şəhər və itlər”, “Keçi bayramı” və “Kafedralda söhbət” var.