"Bavariya"nın vingeri Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib
- Bu gün, 16:30
- İdman
Almaniyanın "Bavariya" klubunun vingeri Leroy Sane Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib.
"Report" "Sky Sport"a istinadən xəbər verir ki, “Əl-İttihad” klubu 29 yaşlı hücumçuya ümumilikdə 100 milyon avro dəyərində 4 illik müqavilə təklif edib.
Lakin Münhen təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının və Almaniya Kubokunun qalibi olmaq istəyən futbolçunun təkliflə razılşamadığı bildirilib. Daha əvvəl onun kluba yeni, 3 illik müqavilə barədə razılığa gəldiyi qeyd olunurdu.
Qeyd edək ki, "Bavariya" hazırda 75 xalla Bundesliqanın turnir cədvəlinin ilk pilləsindədir.