Siyavuş Novruzovdan təklif: Uşaqlara 180 manat verilsin
- 28-12-2020, 13:33
- Cəmiyyət

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Qarabağ veteranlarına verilən müavinət 50 manatdan 80 manata qaldırılıb: “Lakin qiymətlərdə dəyişiklik olduğu üçün veteranlara verilən müavinət də artmalıdır. Bu vəsait heç olmasa, 150-180 manat həcmində verilə bilər”.