azadses.az » İqtisadiyyat » Parlament partiyalarından biri büdcə pulundan imtina edib, YAP liderdir, digərlərinin isə kassası boşalıb

Parlament partiyalarından biri büdcə pulundan imtina edib, YAP liderdir, digərlərinin isə kassası boşalıb

Milli Məclisdə təmsil olunan partiyaların hamısı 2019-cu ilin maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, təkcə deputat Sabir Hacıyevin sədrlik etdiyi Vətəndaş Birliyi Partiyası (VİP) qazancının olmadığını bəyan edib.
Bunun isə səbəbləri var. Belə ki, VİP dövlət tərəfindən büdcədən ayrılan puldan imtina edir. Eyni zamanda, partiya üzvlərindən vəsait də yığılmır.
VİP-in arqumenti budur ki, dövlət büdcəsindən partiyaya ayrılan vəsait digər əhəmiyyətli sahələrə, məsələn, orduya yönəldilsin.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) maliyyə hesabatı isə əhatəlidir. YAP hesabatında qeyd edir ki, partiyanın balansında ayrıca torpaq sahəsi yoxdur.
Partiya 2019-cu ildə hər hansı sahəyə investisiya yatırmayıb. Partiya qeyri-kommersiya təşkilatıdır, mənfəət vergisi, əmlak vergisi və əlavə dəyər vergisi ödəyicisi deyil.
“Partiya muzdlu və muzdlu olmayan gəlirlərdən gəlir vergisi, yol vergisi, bu gəlirlərlə əlaqədar sosial sığorta ayırmaları, ödəmə mənbəyindən tutulan vergilərin, gömrük qanunvericiliyinin tələblərinə müvafiq olaraq gömrük rüsumlarının ödəyicisidir”, - deyə, YAP özünün maliyyə hesabatında bildirib.
YAP-ın gəlirləri 10 milyon 668 min 284 manat olub. Bunun 9 milyon 309 min 25 manatını üzvlük haqları, 1 milyon 359 min 259 manatını büdcədən siyasi partiyalara dövlət dəstəyindən YAP-a düşən pay təşkil edir. YAP gəlirlərinin 5 milyon 307 min 213 manatı İcra Katibliyinin və yerli təşkilatların əməkdaşlarının əməkhaqqının ödənilməsinə sərf olunub. Ümumilikdə partiyanın xərcləri 8 milyon 363 min 323 manat təşkil edib.
Partiyanın bank hesablarında milli valyuta ilə saxlanılan pul vəsaitlərinin həcmi 4 milyon 151 min 63 manatdır.
YAP özünün kredit riskini də qeyd edib. Bildirilib ki, partiyanın kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Partiyanın pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilib.
Sədri deputat Tahir Kərimli olan Vəhdət Partiyasının 2019-cu ilin dekabrın 31-i tarixinə olan hesabatına əsasən, partiyaya dövlət büdcəsindən 100 min manatdan çox pul verilib.
Hesabatda bildirilir ki, partiya həmin pulların hamısını təyinatı üzrə xərcləyib. Buna görə də, partiyanın kassasında həmin dövr üçün nağd pul vəsaiti qalmayıb.
Vəhdət Partiyasının bank hesabında isə 265,25 manat pul var.
Deputat Qüdrət Həsənquliyevin sədrlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 2019-cu ilin dekabrın 31-nə olan məlumatlarına əsasən, partiyaya dövlət büdcəsindən 118 min manatdan çox vəsait daxil olub.
Xərcləmələrdən sonra partiyanın hesabında cəmi 29,45 AZN pul qalıb.
Parlamentdə təmsil olunan Demokratik İslahatlar Partiyasına (DİP) ötən il büdcədən 100 min manatdan çox vəsait ayrılıb. DİP-in banklarda cəmi 69.25 manat pulu qalıb, kassasında isə nağd pul yoxdur.
DİP-in sədri deputat Asim Mollazadədir.
Ana Vətən Partiyasının (AVP) ötən il üçün gəlirlərini dövlət büdcəsindən ayrılan vəsait təşkil edib (100 min manatdan çox).
Deputat Fəzail Ağamalının sədrlik etdiyi partiya hesabatında göstərir ki, vəsaitin hamısı təyinatı üzrə xərclənib. Bank hesabında və kassada birlikdə cəmi 2,64 manat pul qaldığı bildirilib.
2019-cu ildə Vətəndaş və Həmrəylik Partiyasına dövlət büdcəsindən 100 min manatdan çox pul verilib. 2019-cu ili partiya 22,54 manat mənfəətlə başa vurub. 2018-ci ilin zərəri çıxıldıqdan sonra 2019-cu ilin yekununa patiyanın 1,39 manat mənfəəti qalıb. Kassasında nağd pul vəsaiti qalmayıb, amma bank hesabında 1245,9 manat vəsait mövcuddur.
Demokratik Maarifçilik Partiyasına (sədri deputat Elşən Musayevdir) ötən il dövlət büdcəsindən 118 min manatdan çox pul ayrılıb.
Üzvlük haqlarından isə 122 manat vəsait yığılıb. Partiyanın bank hesabı və kassada qalan nağd pul vəsaitinin cəmi 527,18 AZN təşkil edib.
Deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasına ötən il dövlət büdcəsindən 118 min manatdan çox vəsait daxil olub. Üzvlük haqlarından yığılan vəsait isə 503 manat təşkil edib.
Xərclərdən sonra partiyanın kassasında nağd 5,68 AZN, bank hesabında isə 387,59 manat vəsait qalıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, yalnız parlamentə düşən siyasi partiyalara hər il dövlət büdcəsindən vəsait ayrılır.
“Siyasi partiyalar haqqında” qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı üç faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.
Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?