azadses.az » Siyasət » Müsavat Partiyasının indiki rəhbərliyi Müsavat ideologiyasına xəyanət edib

Müsavat Partiyasının indiki rəhbərliyi Müsavat ideologiyasına xəyanət edib

"İndi vəziyyət o həddə çatıb ki, mühacir biznesi ilə məşğul olan partiyalar bir-birini suçlayır, bir-birini qırırlar. Biri o birinə söyür, təhqir eləyir. Başqa biri ikisini də alverçi adlandırır. Gülməli mənzərədir". "Azadses" xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini  Arzuman Abdulkərimov son günlər alman polisinin bu ölkədə qeyri-qanuni miqrantlara qarşı həyata keçirdiyi əməliyyat və həmin əməliyyat zamanı Azərbaycanın müxalif partiyaları ilə bağlı üzə çıxan məqamlara münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, adamlar şərəfin və ləyaqətin ən axırıncı pilləsində dayanıblar: "Aralarında Musavat Partiyası üzvləri də var, keçmiş dövlət qulluqçuları da. Hamısı dövləti siyasi səbəblərdən Avropaya satıb. İndi də Avropanın işinə yaramırlar. Bu adamları birdəfəlik torba kimi istifadə edib, indi ölkələrinə qovurlar. Adam millət, dövlət adına həm utanır,  həm də sevinir. O mənada ki, böyük bir cinayət şəbəkəsinin işi açılır. Mühacir alçerçilərinin kələfinin ucu bəlli olacaq. Və artıq Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı açıqlamada deyilir ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası, geri qaytarılması həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub. Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb. Bu arada maraqlı bir məqam da diqqət çəkir. Televiziyalarda onlara qadağa qoyulmasını əlində bayraq edən müxalifət partiyası "liderlərindən" biri, Arif Hacılı Almaniyada miqrant alverində partiyanın adının hallanması məsələsi ilə bağlı Real TV-nin suallarını cavablandırmayıb. Əksinə mənasız arqumentlərlə Real TV-ni ittiham edib. Maraqlıdır niyə? Nədən qorxub? Nədən utanıb? Nədən çəkinib?". Partiya rəsmisi deyib ki, uzun illərdir bir partiyanın başına olmazın oyunlarını gətirən simalardan biri kimi onun başqa yolu da yoxdur: "Nə deyəcək, kimdən danışacaq axı? Zatən hər kəs onun qorxusunun da, çarəsizliyinin də səbəblərini çox gözəl bilir.
Bütün bu olaylar bizə əsas verir deyək ki,  Müsavat Partiyasının indiki rəhbərliyi Müsavat ideologoiyasına xəyanət edib. Ona görə də təklif edirəm ki,  əski müsavatçılar Müsavat Partiyasının bu alverçilərdən alınması üçün hərəkətə keçsinlər".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib