azadses.az » Cəmiyyət » “Mütəllibov Qarabağda 33 kəndi erməni terrorçularından azad etmiş bir dövlət adamıdır...”

“Mütəllibov Qarabağda 33 kəndi erməni terrorçularından azad etmiş bir dövlət adamıdır...”


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a  açıqlamasında Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz  Mütəllibovu  1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Əbdürrəhman Vəzirovla müqayisə edərək belə bir  fikir işlədib:  

“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha hədsiz itaətkarlıq edirdi...”

Azərbaycanın adları çəkilən hər iki rəhbərinin hakimiyyəti dövründə yaşayıb-işləmiş politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
 
“Əvvəla, Qabil Hüseynlinin belə bir müqayisə aparmağa heç mənəvi haqqı da yoxdur. Çünki bu, həmin Qabil Hüseynlidir ki, sovet dövründə Kommunist partiyasını ən çox təbliğ edən, Azərbaycan televiziyasında  Lenini, Brejnevi, Andropovu, Çernenkonu, Qorbaçovu ən çox tərifləyən  azərbaycanlılardan olub. Daha sonra bu, Ana Vətən partiyasından keçdi YAP-a. Heydər Əliyev də ona vəzifə verdi. Amma sonda biabırcasına həmin vəzifədən uzaqlaşdırıldı. Heydər Əiyevin hakimiyyəti və yəqin ki, Azərbaycan  dövlətçiliyi tarixində ilk hal idi ki,  bir vəzifə adamı “riyakarlığına görə” izahatıyla tutduğu postdan azad edilirdi...

Elə Ayaz Mütəllibovla Əbdürrəhman Vəzirovu  müqayisə etməklə də Qabil Hüseynli yenə  riyakarlığa yol verir. Vəzirovla Mütəllibovu müqayisə etmək qətiyyən doğru deyil. Vəzirov sovet dövründə komsomolda, kommunist partiyasında yetişmiş qatı kommunistlərdən biri, Azərbaycanda böyüməmiş, Azərbaycan xalqını tanımayan, onun dilini, adət-ənənələrini, xarakterini bilməyən bir adam idi. Odur ki, Moskvanın göstərişlərini, o cümlədən Qarabağla, ermənilərlə bağlı göstərişlərini canla-başla yerinə yetirirdi...

Mütəllibov isə Azərbaycanda, bu xalqın arasında böyümüş,  öz əziyyəti, işi, bacarığı hesabına vəzifələrə gəlmiş bir mükəmməl kadr idi.  Azərbaycan dilini də gözəl bilirdi, üstəlik, iqtisadiyyatı da... Bu, birmənalıdır...

Və belə düşünürəm ki, bu günədək Qabil Hüseynli kimi Mütəllibovu sevməyənlərin psixoloji bir xəstəliyi var. Çünki bu adamlar heç cür qəbul edə bilmirlər ki, Mütəllibov Azərbaycan Respublikasının Müstəqillik aktını imzalamış birinci Prezidenti olub.  Mütəllibov Azərbaycanı BMT-yə daxil edən, İslam Əməkdaşlıq Təşkilatında təmsil edən və həmin quruma üzv edən bir dövlət başçısı olub. Mütəllibov Qarabağda əməliyyat təşkil edib 33 kəndi erməni terrrorçularından azad etmiş bir dövlət adamıdır... Yəni bu dövlət adamı Azərbaycanın müstəqilliyinin yenicə bərpa olunduğu, həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən çox çətin, mürəkkəb  aylarda, hər tərəfdən hakimiyyət həvəslilərin hücuma keçdiyi bir dövrdə  dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsi üçün bacardığını etdi... Mütəllibov bu gün də mütəmadi  və məntiqli, ağıllı çıxışlarıyla Azərbaycan dövlətçiliyini, onun rəhbərliyini müdafiə edir...” 

Politoloq bəzi özünü siyasətçi, politoloq hesab edən adamların Ayaz Mütəllibova qarşı hücum kampaniyalarının Azərbaycan xalqı, onun dövlətçiliyi üçün çox təhlükəli olan regionçuluq mərəzindən qaynaqlandığını ifadə edib.

“Mütəllibov Moskvanın adamıydısa, niyə Kreml onu yox, sizi hakimiyyətə gətirirdi? Bəsdirin... Artıq bu qədər şər-böhtan olmaz... 

Onu da bilirəm ki, bunlarda olan bu Ayaz Mütəllibov nifrəti ümumilikdə Şirvan bölgəsinə olan nifrətdən, ayrı-seçkilikdən qaynaqlanır... Nə təhər olur, ay Qabil Hüseynli, sənin yerlilərin hamısı vəzifələrdə təmsil olunur, amma milyon yarımlıq Şirvandan bir adam yoxdur yüksək vəzifədə?.. Vəzifə ancaq sizin alnınıza yazılıb?  Əgər Azərbaycanı, bu xalqı, bu dövləti  doğrudan sevirsənsə, niyə bu amillərdən, bu gerçəklikdən danışmırsan?..

Yaşı 70-i haqladığı bir vaxtda da Qabil Hüseynli içində  bu qədər kin-küdurət daşıyırsa, mənim ona yazığım gəlir. Bədbəxt adamdır...  İndiyədək Qabil Hüseynli haqqında heç nə deməmişdim... Amma Allah Heydər Əliyevə qəni-qəni də rəhmət eləsin, ona tam düzgün qiymət vermişdi...

Maraqlıdır ki, bu saat Mütəllibovu vəzifəyə, siyasət meydanına gətirən olmadığı, özünün də belə bir niyyəti olmadığı halda belə adamların məqsədi nədir? 

Artıq açıq şəkildə bəyan edirəm, Qabil Hüseynli və onun kimilər Mütəllibova hücumları dayandırmasalar, bunun ardınca başqa məsələlər ortalığa çıxacaq. Yəni, mən də məcbur olacam, çox şeyləri açıqlamağa... Özü də faktlarla bunların xəyanətlərini açıqlayacam... Bunların necə vəzifəyə gəlməsi, hətta hazırda da hökumətin içində kimlərlə əlaqə quraraq nələr planlaşdırması haqda danışacam... Odur ki, qoy getsinlər, əvvəla, öz ayıblarına kor olsunlar... Adamın bir mənliyi olar...” –deyə C.Nuriyev təəssüf hissi ilə fikrini tamamlayıb.

Sultan Laçın
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?