azadses.az » Cəmiyyət » Zəngəzur da Azərbaycana qaytarıla bilər

Zəngəzur da Azərbaycana qaytarıla bilər

Emənistanın bizə vurduğu ziyanı ödəmək kimi bir imkanı yoxdur. Buna görə də bu məbləğin bəlli bir hissəsi Azərbaycanın tarixi torpaqlarının kompensasiyası ilə nəticələnə bilər".

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, Ermənistanın Azərbaycana vurduğu ziyan barədə 50 milyardlıq bir rəqəmin müzakirəsi gedir:

"50 milyard vurulan ziyana görə kifayət qədər kiçik rəqəmdir. Çünki tək "Söyüdlü" yatağından son iki ildə 144 ton qızıl çıxarılıb, bugünkü qiymətlərlə həmin qızılın dəyəri 7-8 milyard dollar arasında dəyişir. Əgər biz əvvəlki illərdə çıxarılan qızılı, istismar edilən digər 15 yataqdan dəyən ziyanı, qaçqın və köçkünlərin saxlanılmasına, infrastruktura vurulan ziyanı, ordunun artıq sayda silah, texnika və personala malik olmasına çəkilən xərcləri, müharibənin bizə vurduğu ziyanların aradan qaldırılmasına çəkilən xərcləri, ərazilərin azad edilməsi üçün çəkilən xərcləri, təbiətə və ərazimizə vurulan ziyanı və s. toplasaq, bu rəqəm ən azı 5-6 dəfə böyük olacaq. Emənistanın isə bu rəqəmi ödəmək imkanı yoxdur". 

Ekspert hesab edir ki, maddi kompensasiyanın ərazi ilə əvəz edilməsi barədə konkret nəsə demək hələ çox erkəndir:

"İlk növbədə dəyən ziyanın  hesablanması, beynəlxalq ekspertlərin bu işə cəlb olunması, xüsusi ilə də Ermənistan yönümlü mövqe tutan ölkələrdən olan mütəxəsislərin bura dəvət edilməsi vacibdir. Bundan sonra əldə olunan hesabatlar və sənədlər aidiyyatı qurumlara tədqim edilməli, beynəlxalq təşkilatlarda məsələ qaldırılmalı, müzakirələrə başlanmalı və kompensasiya ilə bağlı hüquqi qərar əldə edilməlidir".

Ədalət Verdiyev bildirib ki, kompensasiyanın məbləği dəqiqləşəndən sonra artıq onun ödənilməsi barədə Azərbaycanın tarixi torpaqlarının kompensasiya əvəzi olaraq Azərbaycana qaytarılması müzakirə oluna bilər:

"Ərazi seçiminə gəldikdə isə əslində Ermənistan ərazisi keçmişdə tamamilə Azərbaycana məxsus torpaqlardır. Göyçə mahalı, Zəngəzur, İrəvan xanlığı və s. Amma bizə daha  real görünən Zəngəzur mahalıdır. Ona görə ki, Zəngəzur mahalının Ermənistana verilməsi, Azərbaycan ilə Naxçıvanı bir-birindən ayırıb. Zəngəzurun Ermənistana aid olması indi də Naxçıvanla sıx təmaslarımızı əngəlləyir. Ona görə də bu məsələdə Azərbaycanın üstünlük verə biləcəyi əsas ərazinin Zəngəzur mahalı olacağı ehtimal edilir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib