azadses.az » Cəmiyyət » “Düşməni torpaqlarımızdan qovmuşuq” - Deputat

“Düşməni torpaqlarımızdan qovmuşuq” - Deputat

2020-ci il ölkəmiz üçün istər siyasi, istər diplomatiya, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Ötən ilin ən mühüm uğuru isə sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədir. Bu şanlı qələbə nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və otuz illik tarixi olan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Məhz buna görə də 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
 
Bu müharibənin əsas qəhrəmanının Prezident İlham Əliyev olduğunu deyən deputat bildirib ki, dövlət başçısı Vətən müharibəsi dövründə bir sıra təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi:
 
“Bəlli olduğu kimi müharibənin elə ilk günlərindən Fransa Prezidenti E.Makron Prezident İlham Əliyev ilə telefon danışıqlarında Minsk qrupunun həmsədri kimi bitərəfliyini və obyektivliyini pozaraq işğalçı Ermənistanın maraqlarını irəli çəkməyə çalışdı. Lakin nə Makronun, nə də digər şəxs və qurumların bu addımları, ölkəmizə, şəxsən dövlət başçımıza təzyiq edərək Azərbaycanı haqq işindən döndərmək cəhdləri heç bir nəticə vermədi.
 
Prezident İlham Əliyev qətiyyətlə Azərbaycanın mövqeyini müdafiə etdi. Onu da deyim ki, bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi.
 
Yeri gəlmişkən Prezident İlham Əliyevin müraciətində də bu məqama xüsusi olaraq toxunulub. Dövlət başçısı bəyan edib ki, “Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!” Bir sözlə, Vətən müharibəsi bir daha Azərbaycan Prezidentinin müdrik və qətiyyətli dövlət başçısı, cəsur sərkərdə və mahir diplomat olduğunu nümayiş etdirməklə yanaşı, həmçinin xalqa verdiyi bütün sözləri yerinə yetirirdiyini sübut etdi”.
 
V.İskəndərov əlavə edib ki, ölkəmiz bu təzyiqlərə təkcə 44 günlük Vətən müharibəsi dövründə tuş gəlməyib:
 
“Azərbaycanın müstəqil, heç bir xarici qüvvədən asılı olmayan siyasət aparmasından narahat olan bəzi xarici güclər uzun illər ölkəmizə bu və digər formada təzyiqlər ediblər. Lakin cənab Prezidentin qətiyyəti və həyata keçirilən düşünülmüş siyasət sayəsində həmin təzyiqlərə də sinə gərmişik.
 
Ötən 17 il ərzində atılan addımlar öz bəhrəsini verdi. Prezidentin müraciətində də bildirildiyi kimi iqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqilsiyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.
 
Məlum olduğu kimi bu illər ərzində icra edilən nəhəng layihələr Azərbaycanın iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdə qərar tutmasına imkan verib. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda, dövlət başçısının bəyan etdiyi kimi biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Məhz Azərbaycan dövlətinin qətiyyəti və uğurlu siyasəti nəticəsində Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o yollar, ölkələr üçün böyük fayda gətirən layihələr işğalçı Ermənistandan yan keçib. Beləliklə, bütün bu atılan addımlar, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət, siyasi, iqtisadi, diplomatk cəbhədə əldə edilən uğurlar fonunda 44 günlük Vətən müharibəsi zamanı hərbi cəbhədə də Zəfər əldə etdik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?