azadses.az » Siyasət » Deputat: “Azərbaycanın dünyanın qüdrətli ölkələrindən birinə çevrilməsi bəzi qüvvələri narahat edir”

Deputat: “Azərbaycanın dünyanın qüdrətli ölkələrindən birinə çevrilməsi bəzi qüvvələri narahat edir”

“Bu gün ölkəmiz təkcə regionun deyil, dünyanın ən güclü dövlətlərindən biridir”.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib. 
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Ermənistanın işğalı altında olan ərazilərimizi azad etdi. Ermənistan ordusuna məxsus olan, pərakəndə şəkildə gizlənən azsaylı döyüşçülər isə tam şəkildə zərərsizləşdirildi. Artıq əminliklə deyə bilərik ki, Ermənistanın faşist idarəçilik üsulu məhv edildiyinə görə bundan sonra regionda sülh bərqərar olacaq.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ona görə hərbi yolla həll olundu ki, onun həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il ərzində Ermənistanı öhdəliklərini icra etməyə məcbur etmədi. Regionun uzun müddətdən bəri bu sülhə ehtiyacı olsa da, 30 ilə yaxın davam edən münaqişəni heç kəs yoluna qoymağa tələsmirdi. Sanki münaqişənin hərbi həlli yoxdur deməklə onu unutdurmağa cəhd edirdilər. Təbii ki, bu da Ermənistan hakimiyyətini tam şəkildə qane edirdi və münaqişənin həllinin qeyri-müəyyən vaxta qədər təxirə salınması demək idi.
Prezident İlham Əliyev dəfələrlə bu münaqişənin həll edilməsi üçün mandat almış dövlətlərdən münaqişənin həmişəlik həllini tələb etməsinə baxmayaraq, beynəlxalq təşkilatlar heç bir ciddi addım atmırdılar. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn ən əsas maddələrindən biri olsa da, bu normanın pozulmasının qarşısının alınması istiqamətində ciddi iş görülmürdü. Beynəlxalq vasitəçilər öz imkanlarından, potensiallarından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə məcbur edə bilərdi, lakin vasitəçilər heç bir ciddi addım atmadılar.  Halbuki Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, bu işğalçı ölkə hərbi qüvvələrini geri çəkərdi. Lakin bu baş vermədiyinə görə, ölkəmiz münaqişəni hərbi yolla həll etmək məcburiyyətində qaldı və uğurla həll etdi”, - deyə sədr müavini qeyd edib. 
A.Əliyev vurğulayıb ki, Azərbaycanın regionun deyil, dünyanın qüdrətli ölkələrindən birinə çevrilməsi bəzi qüvvələri çox narahat edir. Ölkəmizin regionda 30 ilə yaxın davam edən təcavüzə cəmisi 44 gün ərzində son qoymasını həzm edə bilməyən kifayət qədər qüvvələr var. Onlar, hətta müharibə dövründə istər aşkar, istərsə də gizli yollarla Ermənistana dəstək olmağa cəhd etdilər. Lakin bu dəstəklərin qarşısı alınmaqla yanaşı, Ermənistana çox ciddi zərbələr vuruldu.
O bildirib ki, tarixi təcrübəyə istinadən deyə bilərik ki, bu məğlubiyyət de-fakto olaraq Ermənistanın faşist hakimiyyətinin sonu deməkdir. Çünki, Ermənistan məğlub olaraq  kapitulyasiyanı imzalamağa məcbur edildi.
Hətta müharibənin əvvəlindən də bu müharibənin Ermənistan hakimiyyətinin sonu olacağı barədə proqnozlar verilirdi. Hazırda görürük ki, Ermənistanda hər gün mitinqlər davam edir. Xüsusilə bir hala diqqət çəkmək lazımdır ki, pandemiyadan əvvəl belə, Ermənistan büdcəsində çox ciddi kəsir yaranmışdı. Pandemiyanın Ermənistanda tüğyan etməsi isə bu ölkənin iqtisadiyyatını tam məhv etdi.
Bütün bunlara əsasən demək olar ki, Ermənistan ölkə kimi məhv olmağın bir addımlığındadır.
“Bu ölkənin Azərbaycana qarşı təxribatlara əl atmasının əsas səbəblərindən biri orada mövcud olan hakimiyyətin öz ölkəsindəki iqtisadi böhranı gizlətmək istəməsi idi. Lakin Şanlı Ordumuzun düşmənin böyük sayda texnikasını və şəxsi heyətini məhv etməsi, salamat qalan hərbi texnikanı isə qənimət kimi götürməsi onu deməyə əsas verir ki, Ermənistan bundan sonra da öz istifadəsində olmayan və ya məhv edilmiş texnikaların pulunu uzun müddət ödəməli olacaq.
Təbii ki, heç bir Ermənistan vətəndaşı Azərbaycan Ordusunun sərəncamında olan və ya ordumuz tərəfindən məhv edilmiş texnikanın pulunu ödəmək istəmir. Müharibədə verdiyi  itkilər isə hələ Ermənistanın uzun müddət özünə gəlməsini mümkünsüz edir.
Görünən odur ki, Paşinyan bu məğlubiyyəti ilə həm özünü, həm də dövləti çıxılmaz vəziyyətə salıb və Ermənistan artıq başa düşür ki, bundan sonra Azərbaycan xalqının heysiyyəti ilə oynamaq onlar üçün daha ağır nəticələrə səbəb ola bilər”, - deyə A.Əliyev bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?