azadses.az » Cəmiyyət » Azərbaycanda paytaxtın Bakıdan Gəncəyə köçürülməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda paytaxtın Bakıdan Gəncəyə köçürülməsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda 2021-ci il "Nizami Gəncəvi İli" elan edilib. Qeyd edək ki, müxtəlif vaxtlarda paytaxtın Gəncəyə köçürülməsi məsələsi də təklif edilib. Azərbaycanda gələcəkdə paytaxt Bakıdan Gəncəyə köçürülə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, paytaxtın köçürülməsi məsələsi bu gün aktual deyil:

"Bilirsiniz ki, paytaxtın başqa şəhərə köçürülməsi Azərbaycan cəmiyyətində zaman-zaman geniş müzakirə olunub və qaldırılıb. Bir sıra dövlət orqanlarının Gəncəyə köçürülməsi də təklif olunub. Düşünürəm ki, bu məsələyə kompleks şəkildə baxılmalıdır. Çünki dövlət strukturlarının bir çoxu bir-biri ilə əlaqəli şəkildə işləyir. Təbii ki, bu, vətəndaşlarımız üçün də çətin olacaq. Çünki bir vətəndaşın işi varsa, Bakıya gəlir, bütün qurumlarda olan işini həll edir və gedir. Amma nazirliklərin hərəsi bir rayonda yerləşəndə kommunikasiya, tədbirlər və vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi məsələlərində müəyyən problemlər yarana bilər. Ona görə də biz bu məsələni ciddi düşünməliyik. Dünya təcrübəsində paytaxtın köçürülməsi ilə bağlı müxtəlif faktlar olub, məsələn, Türkiyədə paytaxtın Ankaraya, Qazaxıstanda isə Astanaya köçürülməsi kimi.

Gəncə Azərbaycanın böyük tarixi şəhərlərindən biridir. Burada əhali sıxlığı müşahidə olunur. Şəhərdə artıq müəyyən infrastruktur formalaşıb. Adətən bu, dünya təcrübəsində yeni şəhərin formalaşdırılması ilə öz əksini tapır. Bəzən bura məmur şəhəri kimi də adlandırılır. Çünki burada bir çox dövlət orqanları fəaliyyət göstərir. Belə bir model Azərbaycanda nəzərdən keçirilə bilər.

Bakının yaxınlığında və ya bir qədər uzaqda paytaxt şəhərin salınması nəzərdən keçirilə bilər. Bakıdakı sıxlığı nəzərə alaraq, bu cür addım atıla bilər. Getdikcə də əhali sıxlığı artır. Düşünürəm ki, bu məsələyə gələcəkdə baxıla bilər. Təbii ki, buna müəyyən qədər vəsait lazımdır, çünki dövlət strukturlarının həmin şəhərdə yenidən yaradılması böyük maliyyə tələb edir.

Mən hələlik paytaxtın başqa şəhərə köçürlməsi ilə bağlı ciddi zərurət görmürəm. Əlbəttə ki, bu, müəyyən dövlət strukturlarının səlahiyyətində olan məsələdir. Bu gün biz diqqətimizi Dağlıq Qarabağın bərpasına və məskunlaşma işlərinə yönəltməliyik. Bunun üçün də bizə böyük vəsait lazım olacaq. Biz orada təcili surətdə məskunlaşma işlərini aparıb, orada yeni müəssisələr yaratmalı və digər işlərə başlamalıyıq".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  2. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  3. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  4. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  5. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  6. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  7. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  8. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  9. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  10. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib