azadses.az » Cəmiyyət » Vətən müharibəsi qələbəsini əks etdirən abidə necə olmalıdır? - Tarixçi alim detalları açıqladı

Vətən müharibəsi qələbəsini əks etdirən abidə necə olmalıdır? - Tarixçi alim detalları açıqladı

Böyük Vətən müharibəsində əldə edilmiş müasir qələbə sadəcə müharibədə əldə edilmiş qələbə deyil, onun mahiyyəti daha böyükdür, bütün tarixi nailiyyətlərini özündə əks etdirən bir hadisədir. Bu, müasir Azərbaycan tarixində yeni bir dövr açan qələbədir. Odur ki, qələbənin əbədiləşdirilməsi və onun gələcək nəsillərə çatdırılması qarşıda duran mühüm məsələlərdən bidir.

Bu sözləri Publika.az-a açıqlamasında tarix elmləri doktoru Kərim Şükürov deyib.

Tarixçi bildirib ki, bu məsələdə həm dünya, həm də Azərbaycanın öz tarixindən örkən götürmək olar:

“Dünya tarixinə baxsaq, çoxlu belə nümunələr sadalamaq olar. Məsələn, qədim romalılar əldə etdikləri qələbələrdən sonra zəfər yürüşləri təşkil edirdi. Onlar öz qələbələrini müəyyən abidələrdə əks etdirməyə çalışırdı ki, gələcək nəsillərə ötürülsün.

Rusiyanın yaxın tarixinə nəzər salsaq, 1812-ci ildə Böyük Vətən müharibəsindəki Borodino döyüşü ilə bağlı olaraq Borodino panoraması yaradılıb. Digər ölkələrin tarixində də oxşar nümunələr var. İkinci Dünya müharibəsində mütəffiq qoşunların Almaniyaya hücumu və bombalanması zamanı şəhərin dağıdılmış bir hissəsi saxlanılıb. Uçulmuş vəziyyətdə saxlanılan yerlər turistlərdə böyük maraq oyadır. Eyni zamanda o dövrdə Berlin divarı sökülsə də, ərazilər xüsusi xətlərlə qeydə alınıb ki, insanlar onu daim xatırlasın”.


Kərim Şükürov qeyd edib ki, Azərbaycan tarixində belə nümunələr olsa da, çox təəssüf ki, əvvəlki tarixi dövrlərdə əldə edilən qələbələrə çox az abidələr qoyulub: “Söhbət Azərbaycan ərazisində gedən müharibələrdən gedir. Demək olar ki, bu mövzuda abidələr yox dərəcəsindədir. İkinci dünya müharibəsi ilə bağlı abidələrə daha çox yer verilib.
İkinci Qarabağ müharibəsində əldə edilən qələbəyə gəldikdə, bunun əbədiləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Dövlət bu sahədə müəyyən işlər aparır. Azərbaycanda abidələr bu sahə ilə məşğul olan heykəltəraşlar və memarların ortaq qərarı ilə hazırlanır. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsində başqa bir yol seçilməlidir, bu sahədə açıq bir müsabiqə elan olunmalıdır. Müsabiqədə iştirak edənlər öz layihələrini ümumxalq müzakirələrinə təqdim etməlidir. Eyni zamanda bu müzakirə prosesində qəbul olunan layihələr ümumxalq vəsaiti hesabına tikilməlidir. Məsələn, Moskvada Kuzma Minin və Dmitri Pojarskinin heykəlləri onların xidmətləri nəzərə alınaraq ümumxalq ianəsi əsasında qoyulub.
Xankəndidə ermənilər vaxtı ilə uzunömürlülər adlandırdıqları qadın və kişi obrazına bir abidə qoymuşdu. İdeyanı əks etdirmək üçün elə bir format tapıblar ki, onların nöqteyi-nəzərindən o heykəl bir simvola çevrilib.
Vətən müharibəsində əldə edilən qələbə unikal bir hadisədir, onunla bağlı olan bütün məsələlər də o şəkildə olmalıdır. Çalışmalıyıq ki, möhtəşəm qələbəmizin ifadəsini əks etdirən abidnin insanlara təsir qüvvəsi də dərin olsun. Bu abidələr sadəcə Qarabağda deyil, Bakıda və digər şəhərlərimizdə də qoyulmalıdır, vahid bir kompleksin tərkib hissəsi olmalıdır. Döyüş əməliyyatları gedən ərazilərimizlə birlikdə Bərdə, Gəncə, Tərtərdə də erməni silahlı qüvvələri tərəfindən münaqişə bölgəsindən kənarda da dinc sakinlərə qarşı törədilmiş cinayətlərin sübutu olaraq dağıdılımış evlər tarixi fakt kimi saxlanılmalıdır. Artıq bu barədə göstərişlər verilib. Azərbaycanın həm siyasi nöqteyi nəzərdən öz fikrini ifadə etməsi, həm də bu gerçəkliyin dünyaya çatdırması üçün düşünülmüş layihələri olmalıdır.
Ümumiyyətlə, bu istiqamətdə görülən layihələri kompleks şəklində həyata keçirmək lazımdır. Həm Qarabağda, həm də digər şəhərlərdə qoyulan abidələr ümumi kompleksin tərkib hissəsi olmalıdır ki, hadisənin möhtəşəmliyini özündə əks etdirə bilsin.
Hər bir şəhərdə tarix-diyarşünaslıq muzeyləri var. Qarabağda da ümumi bir muzey olması və rayonlarda onun filiallarının açılmasını kompleksə daxil etmək olar. Vətən müharibəsində əldə edilən qələbə bizim tarixi köklərimizdən irəli gəlir. Bu abidələri o tarixi köklərdən ayrımış formada təqdim etmək olmaz. Odur ki, belə bir konseptual yanaşmaya da çox böyük ehtiyac var.
Abidələr elə hazırlanmalıdır ki, sadə və anlaşıqlı olsun. Son dövrlərdə abidələrlə bağlı trendlərə baxsaq görərik ki, daha yığcam versiyalar aktualdır. Əvvəlki dövlərdə böyük və yüksək abidələr daha əhəmiyyətli məna daşıyırdısa, indi bu məsələ ciddi əhəmiyyət kəsb etmir. Görkəmli şəxslərə heykəl qoyanda onun real ölçülərini nəzərə alınır. Biz bütün detalları nəzərə almalıyıq ki, ideya insanlara çatsın və nəsildən-nəsilə ötürülsün”.
Abidələrin tarixi əhəmiyyətindən söz açan tarixçi xatırladıb ki, elə abidələr var ki, özləri də zamanla müqəddəsləşir.
“Cütlüklər nikah bağlamazdan əvvəl onları ziyarət edərək abidələrə öz ehtiramını bildirir. Azərbaycan Qarabağda təhlükəsizliyin təmin edilməsi istiqamətində böyük işlər aparır. Bu abidələr bu prosesin həyata keçirilməsinə də öz müsbət töhfələrini verməlidir. Odur ki, qələbə və qəhrəmanlarımıza qoyulan abidələr qəinki Qarabağın, Azərbaycan torpağının hər bir qarışının müdafiəsinə hazır olmaq riskinin tərbiyəsinə köməklik göstərməlidir. Ümumxalq iştirakı ilə seçilmiş abidə olsa və həmin abidənin qoyulması hərənin öz imkanı daxilində verdiyi vəsait hesabına tikilsə, bizim üçün önəmi daha çox olar. Azərbaycanın Xudafərin körpüsü, Mömünə Xatun, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Alov Qüllələri kimi simvollaşmış abidələri var. Odur ki, bu abidələr ailəsinə onlar dərəcədə önəmli bir simvol abidənin daxil olmasına cəhd göstərməliyik. Bu da təsadüfi xarakter daşımamalıdır, böyük bir konseptual yanaşmanı özündə əks etdirməlidir”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?