azadses.az » Cəmiyyət » “Azərbaycan mediasında çox ciddi boşluqlar var” - DEPUTAT

“Azərbaycan mediasında çox ciddi boşluqlar var” - DEPUTAT

“Təbii ki, Azərbaycan mediasında çox ciddi boşluqlar var. Bunu gözümüz görür. Bəzi jurnalistlər sensasiya, daha çox baxış sayı yığmaq xatirinə nələrisə dərc edir. Bunlar da Azərbaycanın milli maraqlarına cavab verməyən məlumatlar olur. Həmin məlumatları da ermənilər bizim səhifələrdən götürüb paylaşırlarlar və bizi ələ salırlar”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkili bəzi saytlarda gedən dezinformasiyaları Ermənistan tərəfi bizim səhifələrimizdən götürərək özümüzə qarşı istifadə edir:

“Mən bizim bəzi media orqanlarının Ermənistan mətbuatından nələri, hansı dezinformasiyaları götürüb paylaşmalarından o qədər də məlumatlı deyiləm. Bizim məkanımızdan, media resurslarımızdan, mətbuatımızdan bu cür xəbərləri qarşı tərəf götürüb paylaşıb və bizi lağa qoyublar. Bu cür hallara çox rast gəlmişəm. Çünki hər hansı bir ananın narazı insanın fikirlərini paylaşırlar, ermənilər də bu informasiyadan geniş “istifadə edirlər”. Bəzən həmin paylaşılan məlumatların həqiqət payı da az olur. Müharibə dövründə, ölkənin maraqlarının təhlükə ilə üz-üzə qaldığı məqamlarda bu cür informasiyaları paylaşmaq olmaz. Amma bu məsələlərə fikir verən yoxdur”.

Razi Nurullayev düşünür ki, media sahəsində hüquqi çərçivədə bir o qədər də boşluq yoxdur:

ƏTRAFLI
Optimal Sərfəlidir
“Əslində hər bir şey qanunla tənzimlənir. Burada əsas məsələ odur ki, geniş maarifləndirməyə ehtiyac var. Məsuliyyəti dərk etməyə ehtiyac duyulur. Eyni zamanda, bu cür hallara təkrar yol verənlərin cəzalandırılmasına ehtiyac var. Düşünürəm ki, bir neçə nəfər cəzalandırılsa, digərləri də sonrakı mərhələlərdə ehtiyatlı ola bilərlər. Təbii ki, mən Azərbaycanda peşəkar jurnalistika ilə məşğul olanlar arasında bu cür səhvlərə yol verənlərə rast gəlməmişəm. Bu cür səhvləri yeni yaranan, daha çox özünü bu bazarda təsdiq etmək istəyən media qurumlarında bu cür hallar baş verir. Onlar da məsuliyyətlərini dərk etməlidirlər ki, onların yaydığı informasiya başqa bir yerdə Azərbaycanın əleyhinə olacaqsa, bunun da məsuliyyətini daşıyırlar”.

Millət vəkilinin fikrincə, hüquqi mexanizmdə bu cür halların aradan qaldırılması üçün müəyyən süzgəclər və sərtləşdirmə tədbirləri də görülə bilər:

“Bu da mümkündür. İndi Mətbuat Şurası da var. Həmin şura elə bu cür məsələləri həll etmək üçün yaradılıb. Mənə elə gəlir ki, Mətbuat Şurası işləyir. Bəlkə də onun bu məsələlərlə bağlı daha çox olmalıdır. Onun əməli addımlar atması üçün hansısa rıçaqlar, təzyiq vasitələri formalaşmalıdır. Mətbuat Şurası QHT kimi fəaliyyət göstərdiyi üçün bəzən onun tənqid və tövsiyələrindən ciddi nəticə çıxarmırlar, qorxmurlar. Qanun qarşısında müəyyən qorxu hissi olmalıdır. O baxımdan sizinlə razılaşa bilərəm ki, İnformasiya haqqında qanunda, qanunvericilikdə bu cür jurnalistlərin cəzalandırılması məsələsi də öz təsdiqini tapa bilər. Mənim bildiyimə görə, bu cür xüsuslarla bağlı cəzalandırılma məsələləri də var. Onların tətbiqi mexanizminin nə dərəcədə olması ilə bağlı məndə məlumat yoxdur”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?