azadses.az » Cəmiyyət » Adil Əliyevdən Ramiz Mehdiyevlə bağlı SENSASİON AÇIQLAMA

Adil Əliyevdən Ramiz Mehdiyevlə bağlı SENSASİON AÇIQLAMA

“Hər bir millətin dəyişilən və stabil dəyərləri var. Dövlətlərin orduları da, iqtisadiyyatları da, əraziləri də, yeri gələndə bayrağı, pul vahidi də müxtəlif dövrlər ərzində dəyişilir. Stabil milli dəyərlər isə minillər boyu özünü qoruyub saxlayır. Dəyişilməyən dəyərlərin başında dil gəlir”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev belə deyib.
 
AMEA-nın Dilçilik İnstitutu nəzdindəki “Qaynar xətt”in ləğv olunmasını və qurumun ofisinin əlindən alınmasını şərh edən vitse-spiker onu da xatırladıb ki, dil milləti millət edən əsas dəyərdir: “İnsanlar dilləri ilə başqalarından fərqlənir və bir-biriylə ünsiyyət qurur, millətləşirlər. Bu mənada dili qorumaq dövlətin bir nömrəli vəzifəsidir. Məhz bu zərurəti nəzərə alan Cənab Prezident   İlham Əliyev 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliklə bağlı” Dövlət Proqramı hazırlamış, proqramın həyata keçirilməsini AMEA-na tapşırmışdır. Məqsəd dilimizin deformasiyaya uğramasının qarşısını almaq, nəsillər arası ünsiyyət bağlarını qorumaqdı. AMEA-nın dil məsələsinə laqeyd yanaşması təkcə Cənab prezidentin bu nəcib təşəbbüsünə deyil, həm də milli dövlətçilik dəyərlərinə zərbə vurmaqdır”.
 
Vitse-spiker AMEA-da baş verən bütün naqisliklərin səbəbini akademiyanın rəhbəri Ramiz Mehdiyevdə görür:
 
“Sağ olsun Ramiz Mehdiyev, AMEA-ya gələn kimi bir sıra “yeniliklərə” imza atdı. Akademiyanın tarixi binasını söküb dağıtdı, akademiklərə ayrılan pullarla oranı şadlıq sarayı kimi qızıl suyu ilə bəzədi. Halbuki 2000-ci ildə Bakıda güclü zəlzələ olanda belə, komissiya imkan verməmişdi ki, binanın qədimiliyinə toxunulsun, fasadında bəzi dəyişikliklər aparılsın. İndi isə bütün institutların həyətindəki boş yerləri zəbt edib, kafe, restoran, sexlər tikməyə başlayıblar. Hansı ki, bu boş yerlərdə elm adamları öz maşınlarını saxlayırdılar. AMEA-nın Saray qəsəbəsindəki akademiklərə aid olan torpaq sahələrini də elm adamlarının əlindən alıb bina tikirlər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib