azadses.az » Cəmiyyət » Ramiz Mehdiyev Adil Əliyevi niyə “vurur”?

Ramiz Mehdiyev Adil Əliyevi niyə “vurur”?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumu hərəkətə gətirib. Artıq ikinci dəfədir ki, AMEA əməkdaşları Ramiz Mehdiyev və qurum barədə ittihamlara cavab verir.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, AMEA prezidenti nəvəsinin toy qalmaqalından sonra tənqid hədəfinə gəlib. Əgər ilk günlərdə yalnız Ramiz Mehdiyev tənqid olunurdusa, məsələ uzandıqca bütövlükdə AMEA-ya qarşı ittihamlar səsləndirilməyə başlandı. Hətta qurumun ləğv edilməsi barədə təkliflər də səsləndirildi.
 
Bundan sonra AMEA əməkdaşları tənqidlərə şəxsən cavab verən Ramiz Mehdiyevə dəstək verməyə başladılar. Əvvəlcə Tarix elmləri doktoru Solmaz Tohidi geniş məqalə ilə çıxış  edərək həm Ramiz Mehdiyev haqqında tənqidlərə, həm də AMEA-nın hədəfə alınmasına etirazını bildirdi. Doğrudur, o məqalənin AMEA prezidenti ətrafında baş verənlərə dəxli olmadığını elə ilk cümləsində qeyd etmişdi. Lakin elmlər doktorunun sonrakı fikirlərindən aydın şəkildə anlaşılırdı ki, deyilənlər həm də Ramiz Mehdiyevə ünvanlanan tənqidlərə cavabdır.
 
Solmaz Tohididən sonra Biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova da prosesə qoşulub. O, AMEA YAP ərazi təşkilatının üzvləri adından Milli Məclisin deputatlarına müraciət ünvanlayıb. Yeri gəlmişkən, Ulduzə Qurbanova həm də AMEA YAP ərazi təşkilatının sədri vəzifəsini daşıyır.
 
Fəlsəfə doktorunun müraciəti Milli Məclisin vitse-spikeri Adil Əliyev haqqındadır. Vitse-spiker bir neçə gün əvvəl AMEA barədə tənqidi fikirlər səsləndirib. Şübhə yoxdur ki, Adil Əliyevin akademiyaya diqqət ayırması Ramiz Mehdiyev faktoru ilə bağlıdır. Vitse-spiker ilk gündən AMEA prezidentini sərt tənqid edənlərdən olub. O hətta müsahiblərinin birində qardaşı, Prezidentin köməkçisi Məhərrəm Əliyevin Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilməsində Ramiz Mehdiyevin də “əməyinin” olduğunu bildirmişdi.
 
Ulduzə Qurbanova da vitse-spikerin AMEA-nı hansı səbəbdən hədəfə aldığını bilməmiş deyil. Hətta bu halda belə, Fəlsəfə doktorunun çalışdığı elm ocağının təəssübünü çəkməsi normal sayıla bilərdi. Əgər müraciətdə Adil Əliyev “müəmmalı keçmişi” ilə təhdid olunmasaydı. Ulduzə xanım xüsusi xidmət orqanının işçisi, yaxud iqtidar komandasının üzvləri haqqında dərin bilgilərə malik olan yüksək vəzifəli məmur deyil ki, Adil Əliyevin dünəni və bu günü barədə məlumatla malik olub onun sabahını müəyyən etsin. Deməli, vitse-spikerin “müəmmalı keçmişi” barədə bilgilər Ulduzə xanıma kənardan ötürülə, yaxud diktə edilə bilər. Təsadüfi deyil ki, bəzi ictimai-siyasi fəallar da sosial şəbəkələrdə Fəlsəfə doktorunun müraciətini Ramiz Mehdiyevin növbəti atəşi kimi dəyərləndirir. Müşahidələr göstərir ki, AMEA prezidenti ətrafında cərəyan edən proseslər dərinləşdikcə onun rəhbərlik etdiyi qurumun əməkdaşları tədricən ucadan danışmağa başlayacaq. 
 
Burada başqa bir incə məqam da var. Yuxarıda Ulduzə Qurbanovanın həm də AMEA YAP ərazi təşkilatının sədri olduğunu təsadüfən qeyd etmədik. Əvvəla, o müraciətini hakim partiyanın akademiyadakı yetkilisi qismində ünvanlayıb. Bu isə Ramiz Mehdiyevin hələ də hakim partiya üzərində təsir imkanlarının qaldığını düşünməyə əsas verir.Yenisabah
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?