azadses.az » Siyasət » AMEA əməkdaşından Ramiz Mehdiyev barədə sensasion məqalə

AMEA əməkdaşından Ramiz Mehdiyev barədə sensasion məqalə

AMEA prezidenti, akademik, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verən proseslərin səngidiyi və az qala gündəmdən çıxdığı bir vaxtda AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova Tohidinin bu gün yayılan məqaləsi sensasiya sayıla bilər.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, professorun Ramiz Mehdiyevin müdafiəsinə qoşulmadığını dönə-dönə bildirib, şəxsi zəmində elmi proseslərlə bağlı müraciətlərini və onların müsbət həllini xatırlatmaq üzərində qurduğu məqalədə əslində akademiki müdafiə etdiyi aydınca görünür.
 
Ancaq maraqlı məqam bu məqalədə bəzi meydanoxumalardır.
 
Məsələn, professor yazır:
 
“Vaxtilə Azərbaycan Parlamentinin bir iclasında ölkə Prezidenti Heydər Əliyev hansısa mübahisəli məsələnin müzakirəsində akademik Midhəd Abbasovu danlayarkən ona töhmətlə “Axı sən mənim adamım idin” demişdi. Bu qınağa Midhəd müəllimin dərhal və kəskin şəkildə: “Mən sizin adamınız deyiləm. Siz bu dövlətin rəhbərisiniz, mən də onun alimi, bir institutun direktoru” - cavabını xatırlayan varmı? Necə oldu bu şəxsiyyətlər? Mənə Midhəd Abbasovun və onun rəhbərlik etdiyi institutun sonrakı aqibətini xatırlatmayın. Bilirəm. Amma Midhəd Abbasovların sayı daha çox, özünü ziyalı adlandıran zümrənin müqavimət dirənişi isə daha güclü olsaydı, cəmiyyət indiki halına gəlib düşərdimi?”
 
Bu hissədə professor, birincisi, cəmiyyətin indiki hala (? - red.) düşməsini "xatırladır", ikincisi isə M.Abbasovun Ümummilli liderə qarşı hansısa mövqeyini təqdir edir və belə alimlərin olmadığından “şikayətlənir”. Maraqlıdır, AMEA-nın rəsmi saytında dərc edilən və Ramiz Mehdiyevin əvvəlcədən oxuduğuna və dərcinə razılıq verdiyinə heç bir şübhə olmayan məqalədə cəmiyyət niyə ittiham edilir? Cəmiyyət hara “düşüb” ki?!
 
Digər tərəfdən, ziyalıların dövlət və onun rəhbərinə qarşı “dirənişinə” çağırış nə deməkdir? Xüsusilə indiki pandemiya şəraitində və ermənilərin ciddi şəkildə müharibəyə hazırlaşdığı, Azərbaycanın diplomatik münasibətlərini yenidən çeşidlədiyi bir vaxtda!
 
Daha bir şok məqam professorun məqaləsində mövcud siyasi sistemə qarşı demarşıdır. Sitata baxaq:
 
“Çox hörmət etdiyim bir təhlilçi-ekspert Azərbaycan cəmiyyətini və onun ziyalı təbəqəsini indiki durğun vəziyyətə mövcud siyasi sistemin gətirib çıxardığını iddia edir. Çünki bu sistemin qurduğu modelin işləməsi üçün məhz belə cəmiyyət lazım idi. Onunla tam razılaşa bilmirəm. Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə - akademiyaya, ya Milli Məclisə - sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu? Olubsa da, bütün mümkün vasitələrlə seçilməyə razı olanlarla imtina edənlərin say nisbəti haqda məlumat varmı? Ümumiyyətlə belə bir nisbət mövcuddurmu? Kimi qınayırıq? Kim qınayır?”
 
Solmaz Tohidi kimi müqavimətə çağırır və niyə? Hansı zərurətdən yaranıb bu çağırış?
 
Növbəti məqam isə hədədir və ümumilikdə bəlli dairələrə Ramiz Mehdiyevin bir güc olduğunu nümayiş etdirməkdir:
 
“Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hisslər oyadır. Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir. Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.
 
Akademik Ramiz Mehdiyevin ətrafında 12 minlik AMEA kollektivinin “böyük əksəriyyətinin” toplandığı kimə və niyə xatırladılır və ümumiyyətlə, dövlətimizin içində indiki siyasi proseslər fonunda bu çağırış nəyə lazımdır?
 
Ramiz Mehdiyev ətrafında baş verən qalmaqalın səngidiyi bir vaxtda bu məqalə ilə yeni “yanğın ocağı” yaratmaqda məqsədi nədir?
 
Bu suallar böyük şübhələrə yol açır və doğrusu, böyük təəssüf də doğurur…Axar.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  2. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  3. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  4. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  5. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  6. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  7. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  8. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  9. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  10. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib