azadses.az » Cəmiyyət » İmmuniteti aşağı olan COVID-19 xəstələri 63 gün yoluxdurucu ola bilərlər

İmmuniteti aşağı olan COVID-19 xəstələri 63 gün yoluxdurucu ola bilərlər

Əvvəlcədən qazandıqları xəstəliklərin müalicəsinə görə immuniteti süni şəkildə aşağı salınmış və ya xəstəlikdən dolayı immuniteti aşağı düşmüş xəstələr üzərində aparılan elmi tədqiqatın nəticələri məlum olub.

Bu barədə “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev danışıb.

O bildirib ki, SARS-CoV-2 virusuna yoluxma zamanı ölüm hallarının və ağır kliniki gedişlərin çoxluq təşkil etdiyinə görə bu xəstələr xüsusi risk qrupuna aid edilib. Alimin sözlərinə görə, hər zaman xüsusi əhəmiyyət kəsb edən bu xəstə qrupları üzərində indiyədək bu istiqamətdə tədqiqatlar aparılmasa da, koronavirusa qarşı mübarizənin yeni mərhələsində elmi araşdırmaların aparılması zərurəti yaranıb:

“Xüsusi risk qrupuna daxil olan xəstələrin arasında əvvəlcədən qazandıqları xəstəliklərin müalicəsinə görə immuniteti süni şəkildə aşağı salınmış və ya xəstəlikdən dolayı immuniteti aşağı düşmüş xəstə qrupları virusla mübarizədə ayrıca önəm kəsb edib. Bu günə qədər bu qrupların xəstəliyi ağır keçirdikləri barədə kifayət qədər elmi tədqiqatlar olsa da, bu insanların virusun yayılmasındakı rolu barədə heç bir tədqiqata rast gəlinmirdi. Artıq bu istiqamətdə aparılan elmi tədqiqatın nəticələri məlum olub”.

Sözügedən tədqiqatın əhəmiyyətini xüsusi olaraq vurğulayan azərbaycanlı alim deyib ki, indiyədək tibbi cəhətdən metodik hissəsinin doğru təşkil edilməsi çətin proses olduğuna görə belə tədqiqatlara rast gəlinməyib:

“Əslində, çox önəmli olan bu tədqiqatı tibbi cəhətdən təşkil etmək çox ağır proses olduğuna görə bunun bu günlərə qədər olmaması başa düşülən idi. Artıq bir neçə gündür ki, nüfuzlu elmi jurnalda bu önəmli tədqiqat dərc olunub və nəticələri isə ölkələrdə tətbiq olunan strategiyalarda mütləq nəzərə alınmalıdır. Deməli, bu tədqiqata qazandıqları xəstəliklərdən dolayı immunitetləri kəskin aşağı olan xəstələr daxil edilib. Belə immunsupressiyası olan qrupa əsasən limfa sisteminin xərçəngi, sümük iliyi köçürülmüş xəstələr və fərqli orqanların xərçəngləri olan insanlar daxil edilib. Tədqiqatın əsas məqsədi belə xəstələrdə virusun bədəndən tam nə zaman xaric olmasını bilmək və onların neçə gün yoluxdurucu olmağını öyrənmək idi. Tədqiqatın nəticəsindən bəlli olur ki, xəstələrin yarıdan çoxu COVID-19-un simptomlarının yarandığı gündən 63 gün sonra virusu bədəndən tam xaric edir və həmin günə qədər yoluxdurucu olublar. Yəni 63 gün ətrafdakı insanları da yoluxdura bilərlər. Digər önəmli məsələ də bu cür xəstələrin bir neçə dəfə xəstələnə bilməsidir”.

“Tədqiqatın nəticəsinə görə bu cür xəstələr, eyni zamanda müəyyən kimya-terapiya müalicəsinə görə immuniteti aşağı olan xəstələr mütləq yeni strategiyada ciddi nəzarətə alınmalıdırlar. Çünki onların 63 günlük yoluxduruculuq qabiliyyəti və hətta bir neçə dəfə yoluxa bilmələri virusun kəskin yayılmasına səbəb ola bilər. Bu, bizim ölkədə də vəziyyəti ciddi dəyişə bilər”, - N.Abdullayev əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib