azadses.az » Cəmiyyət » Millimetrin 10 mindən biri boyda olan virus 86 600 kvadrat kilometrlik Azərbaycana xox gəlmək istəyir...

Millimetrin 10 mindən biri boyda olan virus 86 600 kvadrat kilometrlik Azərbaycana xox gəlmək istəyir...

ANS Press bütün dünyaya canlı şəkildə ən dəqiq və operativ məlumatlar bazasını təqdim edir
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev pandemiya və onun yayılması haqqında yazıb. İstiPress məqaləni oxucularına təqdim edir: 
Bir müddət baş verənləri müşahidə edərək, dünyada sürətlə inkişaf edən pandemiyanın reallığını müəyyən etmək üçün külli miqdarda məlumatlara tanış olandan sonra müəyyən qənaətə gəldim və bu statusu yazmağa lüzum gördüm. Sözsüz ki, 2008-2009-cu illərdə qlobal böhran, daha sonra 2015-ci ildə baş verən devalvasiyasını keçən toplu bunu da, inşallah, adlayıb keçəcək. Lakin mən məhz bu prosesin özündən nigaranam – biz bunu addım-addım, vaşaq yerişi və ya qalop allürü (fr. - allure galop - qarmaqarışıq temp – Red. ) ilə keçəcəyik? Bu seçim yalnız hökumətdən yox, eyni zamanda xalqın durumu və psixoloji vəziyyətindən asılıdır. Sonuncu isə öz növbəsində iqtisadiyyatdan, informasiyanın yayılması və dəqiq, anbaan yenilənən məlumat bazası kimi vacib faktorlardan ciddi surətdə asılıdır. Bu amillərin Azərbaycandakı mövcud vəziyyəti və inkişafda olan Cəmiyyətin Davranış Modelinə nəzər yetirsək, hətta bu qeyri-adi və analoqu olmayan şəraitdə proqnozlar vermək mümkündür.
1. İqtisadiyyat
Sözsüz ki, hökumət üçün ən yaxşı çıxış yolu vəziyyətdən qansız-qadasız çıxmaqdır. Lakin bunu yaxşı iqtisadi durum təmin edə bilər. Bəs bizim iqtisadiyyatımızın indiki durumu necədir? Aşağıda “Azərtac” İnformasiya Agentliyi və digər dövlət strukturlarının verdiyi məlumatlara istinad edəcəyəm:
a) Bu gün iqtisadiyyatımızın əsas hissəsi enerji daşıyıcılarından asılıdır. Dünya bazarlarında neft “müharibəsi” və dempinqləri nəzərə alsaq, bu sahədə ölkə büdcəsində təyin olunan 55 ABŞ dollarını əldə edə bilmirik. 20-40 ABŞ dolları arasında dəyişən “vəziyyət” könülaçan deyil və normal, yəni pandemiyasız şəraitdə belə, ölkəyə ciddi iqtisadi təhlükələr gətirə bilər, nəinki indiki vəziyyətdə;
b) Ölkənin xarici borcu – hamısı birlikdə, orta hesabla, 30 milyard ABŞ dollarından çoxdur;
c) Enerji və digər beynəlxalq layihələr üzrə (TANAP, TAP) maliyyə öhdəlikləri 10 milyard ABŞ dollarından çoxdur;
ç) Koronavirus pandemiyasının gətirdiyi ümumrespublika karantini isə kiçik və orta biznesi, habelə ümumi iqtisadi göstəriciləri minimuma endirməkdədir, bu səbəbdən dövlətin fiskal (dövlətin gəlir xəzinəsi, vergilər və s.) gəlirləri də yox səviyyəsinə enməkdədir;
d) Koronavirus şəraitində gəlir əldə edə bilməyən “karantin düşərgəsi” və onların ailələrinə, iflasa doğru gedən biznes sahələrini və illərlə yetişdirilən peşəkarların qorunub saxlanılması üçün həm dövlət orqanların əməkdaşlarına, həm də özəl sektorun işçilərinə, onlardan heç bir gəlir əldə etmədən, dövlət büdcəsindən milyardlarla vəsaitin xərclənilməsi gözlənilir…
Bu cür mənfi saldo və neqativ inkişaf dinamikasına dözüm gətirmək hər hökumətin işi deyil və bizə bərpa dövrünün karantin dövründən daha gərgin və gözlənilməz olacağını vəd edir.
Belə olan vəziyyətdə iqtisadi durumun daha da zəifləməsi, düşünürəm krizisdən çıxmağın reallaşması üçün müəyyən müşküllər yarada bilər.
Məlumdur ki, koronavirusun əsas hədəfi yaşlı təbəqədir. Belə olan təqdirdə niyə cavanlar işləməsin? Türkiyə və digər ölkələrdə karantin yalnız 20 yaşadək və 65 yaşdan yuxarı əhaliyə tətbiq olunub və ortada yerləşən gənc və işgüzar hədəf qrupu mövcud “özünüqoruma” vasitələrindən istifadə edərək işinə davam edir və iqtisadiyyatın “sıfır” səviyyəsinə düşmə ehtimalını qat-qat azaldır.
Karantin vəziyyətinin aprelin 20-də bitəcəyinə böyük şübhələr var - “The New York Times” qəzetində dərc olunmuş məqaləyə əsasən, bu vəziyyət azı 60-72 gün sürə bilər, maliyyə bazarlarında isə bu proqnoz ikinci və üçüncü rübü də əhatə edə bilər. Belə olan təqdirdə Azərbaycanın çoxluq təşkil edən və günəmuzd işləyən təbəqəsini (xidmət sektoru, ictimai iaşə sektoru, tikinti sektoru və s.) evdə saxlamaq çətin olacaq. Bu insanlar ailələrinə gündəlik çörəkpulu gətirməsələr, vəziyyət gərginləşə bilər və cəmiyyətin itaət funksiyaları zəifləyə bilər. Lakin sağlam və işlək əhali cəmiyyət üçün maddi sərvətlər və xidmətlərin istehsalı ilə məşğul olsa, sosial-iqtisadi, ictimai durum da bərpa yoluna doğru istiqamətlənə bilər.
Onsuz da Azərbaycan iqtisadiyyatı və elə cəmiyyəti də bəlli səbəblərə görə yayın ilk aylarında ciddi seçim qarşısında duracaq:
A) Ya 30 yaşı olan müəmmalı, xaricdən bizə import olunan koronavirusla mənasız mübarizəni dayandırmaq;
B) Ya ölkə iqtisadiyyatını ciddi surətdə zəiflədərək xarici kapitalın intervensiyasına əlverişli şərait yaratmaq.
Öz növbəsində qeyd etməliyəm ki, mənim ehtimallarıma görə, dünya miqyasında bu kampaniyanı başlayan və inkişafına nəzarət edən qüvvələrin fikri məhz ölkələrin “B” seçimi qarşısında qalmağındadır ki, onları tam şəkildə müflisləşmiş vəziyyətdə iqtisadi potensialını və təbii sərvətlərini istismar etsin və əsas funksional təsir mexanizmlərini tam şəkildə ələ keçirsin.
Düşünürəm ki, bu arada koronavirus panikasına düşməyən ölkələrin iqtisadi durumu müsbət bəhrəsini verəcək. Belə ki, koronavirus müddəti dövlətə iqtisadi vəziyyəti manevr etməyə və sudan ən azı nəm çıxmağa imkan yaradacaq. Baxmayaraq ki, bir sıra dövlətlər həmin sularda “batıb qalma” ehtimalını günü-gündən reallaşdırmaqla məşğuldur.
2. İnformasiya yayımı
Hər şeydən əvvəl bu bölümdə də cəmiyyətin istəmədən və sözün əsl mənasında, birdən-birə “başına düşmüş” koronavirus pandemiyası şəraitində Davranış Modelini təsəvvür etmək lazımdır. Peşəkarların fikrincə, bu fəlakət bir neçə mərhələdən ibarət fazalar yaşayacaq:
a) İnamsızlıq – bu fazanı artıq bizim cəmiyyət yaşadı;
b) Panika – bu fazanı indi yaşayırıq;
c) Razılaşma – bir azdan mövcud şəraitdə yaşayışa davametmə cəhdləri gözə çarpacaq. Lakin iqtisadiyyat çöksə və media cəmiyyətə davamlı olaraq mənfi psixoloji basqılarını dayandırmasa, bu proses qısamüddətli ola bilər;
ç) Qəzəb – birbaşa iqtisadi və cəmiyyətin psixoloji durumu ilə bağlı fazadır – medianın fərsiz fəaliyyəti nəticəsində daha tez gələ bilər;
d) Həll – sonuncu və bir sıra səhvlərlə müşahidə olunan düzgün qərarlar nəticəsində müsbət sonluqla bitəcək faza.
Şübhəsiz ki, koronavirus “əhvalatı” peşəkarcasına hazırlanmış və ciddi, uzaqgörən məqsədlərə istiqamətləndirilmiş “romanın” ilk fəslidir. Müasir texnoloji dövrdə heç bir iriçaplı transkontinental layihə media, o cümlədən sosial şəbəkələrin aktiv iştirakı ilə əhatə olunan dəstəksiz təşkil oluna bilməz. Dünyanın birinci söz sahiblərinin hamısının bu ərəfədə, şəksiz, şübhəsiz, koronavirus epidemiyasının yayımında fəal iştirakı özü-özlüyündə ciddi şübhə doğurmaqdadır.
Lakin hər bir ölkənin savadlı və tədbirli milli media qurumları bu cür xarici, iriçaplı İnformasiya-psixoloji təsirləri anlamalı və ona qarşı filtrasiya sistemini istifadə etməlidir. Koronavirus olayında ictimai rəyi lazım olan istiqamətdə formalaşdırmaqla, davamlı bir nəticəyə gəlmək məqsədi ilə xarici elektron, çap mediaları, habelə sosial şəbəkələr məharətlə hazırlanmış davranış “pattern”lərindən istifadə edirlər ki, ikinci, üçüncü və ondan aşağı dərəcəli müxtəlif ölkələrin media qurumları yüksək itaətlə həmin məlumatları paylaşsın və auditoriyalarını maksimum inandırsın. Qərb mediasını son 20 ildə “müqəddəs inək” kimi qəbul edən və onların verdiyi məlumatlara “Quran ayəsi” kimi inanan əyalət və bir sıra tənbəl yerli media vasitəsi ilə, ölkələrin əhalisinin əvvəlcədən planlaşdırılmış və təhtəlşüuruna müntəzəm şəkildə daxil ediləcək fikirlərin tətbiqi üçün müvafiq qaydalarla kütlələrin psixoloji təfəkkürünün ideoloji işlənməsi həyata keçirilir. Bu yeni texnologiyadır – psixoloji müharibə - burada davamlı, rəngarəng və yerlərdə informasiya vasitəsi ilə təmənnasız təkrarlanan, düşmənin hərbi texnika və top-tüfəngdən istifadə etmədən, maddi dəyərlərini dağıtmadan onları mütəmadi şəkildə ələ keçirməkdən ibarətdir.
Bəs niyə məhz koronovirus qripi? Xəyali əksəriyyətin təhlükəni təsdiqləməsi üçün! Hər bir insana özünün və əzizlərinin həyatı çox vacibdir və bu ibtidai-psixoloji faktoru rəhbər tutaraq, inqilab ideoloqları bu dəfə yerli texnologiyaları diqqətlə öyrənərək əhalini mitinqlərə yox, əksinə evlərdə oturmaqla, hansısa baha başa gələn və bir sıra hallarda etibarsız müxalifətləri yox, elə mövcud hakimiyyətlərdən istifadə etməklə, istədiklərinə - yerli maddi dəyərlər və təbii sərvətlərə lazımi nəzarəti əldə etməyə müvəffəq olacaqlar. Buna nail olmaq üçün onlara yerli, savadsız media və məmurlar yardımçı olmalıdırlar. Onların məqsədləri prosesə cəlb olunanların çoxluğu, yəni xəstəlikdən ölmək və ya əzizlərini itirmək panikasına düçar olmuş kütlə psixologiyasından tənqidi maneələri silmək və cəmiyyəti koronavirusla yox, ideoloji virusla iflasa sürükləməkdir.
Bu gün Azərbaycan mediasının etdikləri - cəmiyyətdə virus qarşısında qorxu sindromu yaratması, özünün anlamadığı istiqamətdə, qorxulu filmlər nümayiş etdirməklə - insanları guya evdə saxlamaq niyyəti tam əks effekt yaradır. Nəticə olaraq bu və ya digər şəkildə kütlədə qorxu hissi yaranır və bu qorxu televiziya, radio və internet resursları vasitəsi ilə daim “dəmdə” saxlanaraq hədsiz və sistemsiz şiddətlənir. İnsanların bu cür, psixoloji dillə desək, alçalması eyni zamanda onların şuur sistemində əyintilər yaradır ki, onların da “təbiəti” müəyyən deyil və sahiblərinin hansı istiqamətdə fəal olacağı və hansı hərəkətlər edəcəyi bəlli deyil; bu səbəbdən nəzarətdə saxlanıla bilməz.
Buna sübut kimi martın 6-da “Atletlər Şəhərciyi”ndə karantində olan insanların hərəkətlərinə nəzarəti itirmiş vəziyyətdə panik üsyanını göstərmək olar. Bütün bu amillər koronavirus əməliyyatını hazırlayan Dünya Gücləri tərəfindən hesablanaraq nəzarətdə saxlanılır və bu şərait üçün də, ümidvaram ki, onların “yol xəritəsi” var.
Dediyim kimi, “koronavirus tamaşasının rejissorları” üçün hər bir ssenari məqbuldur. Fərq etməz, ölkə “evdə oturaraq” iqtisadi tənəzzülə uğrasın və ya insanlar affekt vəziyyətdə yerli media və məmurlar tərəfindən sonadək qıcıqlandırılıb, qarnı ac, küçələrə çıxıb qırğınlar törətsin – hər bir halda onların öz maraqlarına nail olmaq şansları yüksəkdir.
Məncə, bizdə vəziyyət hökumətin nəzarəti altındadır və inşallah, ciddi səhvlər buraxılmasa, yayda vəziyyət stabilləşməyə başlayacaq. Əsas məsələ budur ki, Azərbaycanımızın bu koronavirusun istehsalçılarının alətinə çevrilməsinə imkan verməyək, iqtisadiyyatımızı və cəmiyyətimizi qoruyaq ki, sabah bizi “su qiymətinə” ala bilməsinlər. Dövlət öz gücünə inanır və şükür Allaha ki, optimist olaraq xalqı dəstəkləmək niyyətindədir. Sözsüz ki, bu ümidverici haldır. Buna misal kimi Prezident İlham Əliyevin Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışında dediyi sözləri sitat gətirmək olar: "Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb".
Əgər bütün məmurlarımız və media mənsublarımız belə optimist olsalar, cəmiyyət bu xəstəliyə daha çox davam gətirə bilər. Hələ ki, zaman koronavirusa işləyir. Əgər karantin yaya qədər davam etsə və biz xalq olaraq buna duruş gətirsək, dövlət iqtisadiyyatın iflasa uğramasına imkan verməsə, əksinə istehsalatla məşğul olan özəl sektora və maliyyə bazarlarına dəstəyini əsirgəməsə, ilin sonuna ölkəmizdə vəziyyət stabilləşə bilər və bu, Azərbaycan xalqının növbəti böyük qələbəsi olacaq, inşallah!
İqtisadi durumu gündən-günə pisləşən ölkənin və onun vətəndaşının informasiya yayım orqanları daha mülayim və optimist olmalıdır. Yüksək əhval-ruhiyyə hər zaman bütün müşküllərin dərmanı olub və topluları çətin vəziyyətlərdən çıxaran vacib psixoloji amillərdən biri sayılıb. Uinston Çörçill demişdi ki, “pessimist hər imkanda çətinlik, optimist isə hər çətinlikdə bir imkan görür!”. Bu səbəbdən bu çətin gündə yerli media mənsubları və xalqla təmasda olan məmurların hər biri ciddi psixoloji treninqlər keçməli və onlar Azərbaycana və xalqa gəlir mənbəyi kimi yox, dogma ata-ana və ya balaları kimi baxmalıdırlar – əlbəttə, onların psixoloji durumunun buna imkanı varsa… Axı heç kim indiyə qədər Azərbaycan mediasına rəhbərlik edənlərin və onların şəcərələrinin psixoloji durumunu öyrənməyib və ümumiyyətlə, Azərbaycanda digər inkişaf etmiş ölkələrdən fərqli olaraq bu amilə, media kimi vacib kütləvi informasiya alətinə insan resursları nöqteyi-nəzərindən bu cür yanaşma ilə müraciət etməyib. İndiki zamanda isə media rəhbərlərinin psixoloji durumu düzgün qərar və ya tövsiyələr vermək, ətraflarına sağlam kadrlar toplamaq üçün ən vacib amillərdən biridir.
3. Məlumat Bazası
Hər bir böhran vəziyyətinə düşən toplu üçün Tıq-tıq xanıma uzadılan əl rolunu dəqiq, vicdanlı və qərəzsiz məlumat axını oynayır. Cəmiyyətin qərar verən ən yüksək təbəqəsindən tutmuş bu qərarları yerinə yetirən sadə vətəndaşadək hamı daim dürüst məlumat əldə etmək imkanına malik olmalıdır. Dəqiq məlumat – dəqiq qərar və dəqiq hərəkət deməkdir! Hər bir vətəndaş düzgün məlumat sahibi olsa, o, hərəkətlərinin də sahibi olacaq və etdiklərinə görə fərdi məsuliyyət daşıyacaq! Bu nöqteyi nəzərdən biz, ANS Press olaraq bütün dünyaya canlı şəkildə ən dəqiq və operativ məlumatlar bazasını təqdim edirik. Bu gün bütün dünya https://covid19ans.com vasitəsi ilə hər gün, hər saat, hər dəqiqə, eyni zamanda Azərbaycan, ingilis və rus dillərində koronavirusun tüğyanı ilə əlaqədar vacib məlumatlar alır və daim son xəbərlərlə təchiz olunur.
Hələ ki, məlumatları https://covid19ans.com saytından əldə edin və narahat olmayın. Sayt sizə çox məlumat verəcək. Ən əsası biləcəksiniz ki, adi qripdən insanlar daha çox tələf olur, nəinki koronavirusdan. Bundan əlavə, bu bəla hansı yaş həddinə daha çox zərbə vurur, qadınlar daha çox yoluxur, yoxsa kişilər? Ayrı-ayrılıqda hər bir ölkə barədə canlı olaraq məlumat əldə edə bilərsiniz və sair və ilaxır.
Sizi “ANS Press”in artıq Azərbaycan dilində də yayımlanan layihəsi ilə Sizi baş-başa buraxıram. Həmişə ANS-çilərə demişəm: bilik qələbənin yarısıdır, ikinci hissəsi isə iradə və cəsarətdir! Axı “Döyüş Alnınıza Yazılıb…” 2/216.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?