azadses.az » Manset » Generallar öləndə müharibə qurtarmır - Qızışır!ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yazır

Generallar öləndə müharibə qurtarmır - Qızışır!ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yazır

2019-cu il İyunun 20-də İran hərbi qüvvələri tərəfindən Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz təyyarə məhv edildikdən sonra bu ölkələr arasında hərbi qarşıdurma təhlükəli həddə yaxınlaşmışdı. Prezident Donald Tramp, İrana qarşı qisas əməliyyatı olaraq cavab raket zərbəsinin endirilməsini əmr etmişdi. Lakin növbəti gün, iyunun 21-də səhər bu əmr geri çağrıldı və Tramp öz twitində bildirdi ki, bu əmri geri almağının səbəbi generalın bu raket zərbələri nəticəsində "150 nəfərin ölə biləcəyi” barədə bəyanatı idi.
Amma görünür, Tramp administrasiyasının İranın hərəkətlərinə qarşı cavab əməliyyatları sadəcə daha ciddi və dərin hazırlanma dövrünə keçərək, 6 aydan sonra, yanvarın 3-də final mərhələsinə çatdı və İran İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandanı, tanınmış general Qasım Süleymani və onu müşayiət edən şəxslərin Bağdad aerportunu tərk etməsindən az sonra avtomobillərinə raket zərbəsi endirdi. Nəticədə Süleymani və onu müşayiət edənlər, o cümlədən Əbu Mehdi əl-Mühəndis və mühafizəçilərin hamısı həlak oldular. ABŞ prezidentlərinin “Birləşmiş Ştatlar heç kimi bağışlamır və qisasın sadəcə hazırlanma dövrü olur” ritorikası bu dəfə də həyata keçmək üçün özünə time out aldı… Bu gözlənilən hadisə idi, necə ki, ABŞ hərbi qüvvələrinə məxsus pilotsuz təyyarənin İranın nəzarəti altında olan ərazilərə yollanması və nəticədə vurulması da təşkilatçılar üçün gözlənilən idi. Bu da o deməkdir ki, regiondakı vəziyyətin eskolassiyası, bəzi analitiklərin dediyi kimi, prezident Trampın çılğın xarakterinin nəticəsi deyil – illərlə planlaşdırılmış “əməliyyat təsbehi”nin vəsiləsidir. Sadəcə olaraq, müəyyən deyil, indiki mərhələ bu “təsbeh”in Allahu əkbər, Əlhəmdulillah və ya Sübhan Allah yerindədir?
Təəssüf hissi ilə qeyd etməliyəm ki, beynəlxalq vəziyyət və bunun nəticəsi olaraq bizim region çox təhlükəli xəttə çatıb və hələ ki, bu xətdə dayanıb. Mən bir peşəkar hərbi jurnalist kimi, general Qasım Süleymaninin ölümünü heç də “150 nəfərin həlak ola biləcəyindən” kiçik hadisə hesab etmirəm. Pentaqonun etirafına görə, regionda yüksək nüfuza malik olan general Süleymani və onun silahdaşların qətlə yetirilməsi planı son 10 ildə ABŞ hərbi qüvvələri və xüsusi xidmət orqanları tərəfindən bir neçə dəfə həyata keçirilə bilərdi, yalnız hər dəfə vəziyyətin gərginləşdirilməməsi üçün təxirə salınırdı. Bu dəfə isə təxirə salınmadı. Niyə prezident Trampın humanistlikdə daim təqsirləndirdiyi prezident Obama bunu etmirdi? Niyə bunu məhz Tramp etdi? Bunun səbəblərini araşdırmaq üçün prezident Trampın seçki kampaniyasına, onu maliyyələşdirən dairələrə və ABŞ qanunvericiliyinin 2000-ci ildən sonra dəyişdirilən bir sıra maddələrinə diqqət yetirsək, hər şey kifayət qədər aydın anlaşılar:
1. Trampın seçki kampaniyasına açıq şəkildə 200 milyon ABŞ dollarından çox vəsait sərf edən, “Birthright Israel” (Doğuş Haqqı İsrail) layihəsinin əsas donoru, dünyanın 6 milyarderindən biri sayılan Şeldon Adelson və onun ailəsidir. Respublikaçılar Partiyasından məhz Donald Trampı seçən də məhz Adelson idi. Bəlkə oxuculara, ABŞ-ın ən zəngin adamlarından biri sayılan cənab Adelson tanış deyil – siyasətə sərmayədar kimi daxil olan Şeldon Adelson həm də “İrana qarşı nüvə silahı işlətmək lazımdır” təklifini irəli sürən şəxs kimi tanınır. Məhz bu məqsədlə cənab Adelson ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri cənab MakMasteri İrana qarşı daha sərt olan cənab Boltonla əvəz etdirdi. Con Boltonu isə oxucular, yəqin ki Pentaqona etdiyi məşhur tələbindən tanıyır. Xatırladım ki, cənab Bolton “Yaxın Şərqdə 120 min ABŞ əsgəri yerləşdirilməli və İranı gündə 500 raketlə bombardman etmək lazımdır” kimi tələbi ilə çıxış etmişdi.
2. Şeldondan əlavə, Trampın seçilməsində fəal iştirakları ilə Pol Singer və Bernard Markus kimi varlı donorlar da seçilirdi. Bu şəxslər də ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləyir və bu İslam Respublikasını ləğv etmək istəklərini çıxışlarında açıqcasına bəyan edirdilər. Cənab Markus “Fox Business TV” kanalına 2015-ci ildə verdiyi müsahibəsində İranı “Şeytan ölkəsi” adlandırmışdı.
3. Tramp İrana qarşı seçimlərini qiymətləndirərkən sözsüz ki, 2020-ci il seçkisi və bu seçkilərdə Senatdakı tərəfdarlarının əksəriyyətinin qorunması və bu planların müvəffəqiyyətlə həyata keçməsi üçün Adelson, Singer və Markus kimi donor və sərmayədarları haqda da fikirləşir və təbii haldır ki, onları itirmək istəmir. Adı çəkilən donorlar isə İranla bağlı siyasi mövqelərini açıq şəkildə elan edir və şübhəsiz ki, Trampdan yatırdıqları sərmayələrin dönüşünü gözləyirlər.
4. Və sonuncu – bu arada ABŞ dövlət katibi Mayk Pompeo öz növbəsində 2001-ci ildə qəbul olunmuş “ABŞ Hərbi Qüvvələrindən İstifadəyə dair” sənədə arxalanaraq, Konqresin razılığı olmadan Prezident Administrasiyasına İrana qarşı hərbi əməliyyatların aparılmasına dair səlahiyyətlərinin verilməsi mövqeyindən çıxış edir.
Beləliklə, yuxarıda qeyd etdiyim kimi, vəziyyət ciddi surətdə gərgin olaraq qalmaqdadır. Bu günədək atılan atdımlar bir-birinin ardınca və qəlizliyi ilə İranı böyük bir təxribata sürükləyir. İranda nüvə silahı tapılmadığından bu ölkəyə hücum ücün tutarlı bir səbəb lazımdır və bu səbəbi ABŞ-ın “təsbeh siyasəti”nə görə İran özü verməlidir…
Lakin iştirak etdiyim bütün müharibələr mənə onu dəqiq nümayiş etdirdi ki, savaşda qələbə çalan olmur. Müharibələrdə iştirakçı olan hər bir tərəf bu və ya digər vəziyyətdə itirir. Misal kimi ABŞ-ın iştirak etdiyi Vyetnam, Əfqanıstan, İraq və ya İranın iştirak etdiyi Livan, Suriya və digər münaqişələri, savaş kompaniyalarını missal gətirmək olar. Bu savaşlarda ABŞ-ın və İranın iştiraklarına baxmayaraq, rəsmi Vaşinqton və ya Tehran bir dövlət olaraq heç nə udmadılar, amma itkiləri az olmadı. Hər iki tərəfdən nə qədər adam öldü… Hər iki xalq hələ də həlak olanların əziz xatirələrini ürək ağrısı ilə yad edir…
Keçdiyim müharibələr mənə bir şeyi öyrətdi – müharibəni başlayan tərəf uduzur. Bunu anlamayanlar üçün deyirəm ki, müharibəni hər hansı bir idman növü ilə müqayisə etsək – bu əsla futbol deyil, yəni rəqibin qapısına qol vurulsa, hətta ikisi vurulsa belə, bunu heç də qələbə kimi qəbul etmək olmaz. Məncə, müharibə daha çox şahmata bənzəyir – ola bilsin uzun çəkir, amma nəticədə “təsbeh siyasəti” “Sübhan Allah”a çatanda döyüşənlərdən biri mütləq etdiklərindən “mat” qalır! O da həqiqətdir ki, müharibələrdə əsgərlər və generallar həlak olur və bu bir savaş qanunudur - amma onların ölümü ilə müharibənin bitdiyinə inanmaq sadəlövhlükdür – əslində hərbçilərin ölümü müharibəni daha da qızışdırır…
Bizim üçün əsas məsələ bu hadisələrin Azərbaycana necə təsiri ola bilər sualıdır. Roma tarixçisi Korneli Nepotun “Si vis pacem, para bellum” (Sülh istəyən müharibəyə hazır olmalıdır) misalına diqqətli olsaq, sözsüz ki, bir sıra önləyici tədbirlərin görülməsi Azərbaycan üçün vəziyyəti daha da sabitləşdirərdi.
Bu mövzuda ABŞ-ın 90-cı illərdə Azərbaycanda səfiri olan Riçard Kozlariç “Turan” agentliyinə verdiyi müsahibəsində deyib ki, “Əgər vəziyyət kəskinləşərsə, deyək ki, İran ABŞ və ya İsrail obyektlərinə hücum edərsə, Azərbaycanın neytral qalması çətin olacaq. ABŞ və ya İsrailə dəstək İranın Azərbaycana böyük təzyiq göstərməsinə səbəb olardı. Bu vəziyyətdə nə ABŞ, nə də İsrail Azərbaycanı müdafiə edə biləcək”.
Lakin bu “arada” onu da xatırlatmaq lazımdır ki, Azərbaycan Dövlətinin ABŞ və İranla çox yaxşı ayarlanmış münasibətləri var - həm siyasi, həm də iqtisadi müstəvidə.
Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, İrana qarşı heç bir hərbi əməliyyatlar üçün platsdarm rolunu oynamayacaq və bu günə qədər öz sözünün üstündə durur və ərazisində heç bir üçüncü dövlətin hərbi bazasını yaratmağa imkan vermir! Eyni zamanda ABŞ-ın regional proqramlar, Əfqanıstan və digər beynəlxalq layihələri, bundan əlavə Azərbaycana qoyduğu sərmayələr də rəsmi Bakı tərəfindən qorunur və İranla olduğu kimi bu ölkə ilə də yaxşı nizamlanmış diplomatik münasibətləri var. Belə olan təqdirdə, münasibətləri ümumiyyətlə danışıqlar yolu ilə həll etmək istəyən tərəf varsa, multikulturalizm ənənələrinə sadiq Bakı hər iki tərəfə danışıqlar üçün dünyada ən əlverişli yer ola bilər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?