Qasım Süleymaninin dəfn mərasimi təxirə salındı
- 7-01-2020, 16:12
- Siyasət
Basırıq nəticəsində azı 40 nəfərin öldüyü bildirilir
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, general Qasım Süleymaninin doğma Kerman şəhərində dəfn mərasimində yaranan basırıq nəticəsində azı 40 nəfərin öldüyü bildirilir.
Azadsəs-in məlumatına görə, bu barədə “Fars” agentliyi bildirib.
Bildirilib ki, 200-dən çox insan xəsarət alıb.
“Press TV” isə yaşanan sıxlıq səbəbilə Q.Süleymaninin dəfn mərasiminin təxirə salındığını bildirib.
Xatırladaq ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb.