Bakıda 29 yaşlı gənci avtomobil vurdu

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Təbriz küçəsində 1992-ci il təvəllüdlü Şahin Məhmətov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona aşıq baldır oynağının əziyi diaqnozu qoyulub.