azadses.az » Cəmiyyət » “Nar bağı”nın taleyi: Bizi kökümüzdən ayıran nədir? - RESENZİYA

“Nar bağı”nın taleyi: Bizi kökümüzdən ayıran nədir? - RESENZİYA

Ailə dəyərləri, insanlar arasında münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa – bu filmdə nar bağına olan müqəddəs yanaşma, daha çox şərq üslubuna, şərq düşüncəsinə və daha dəqiq desək, bizə uyğundur.

Bu barədə “Kaspi” qəzetində Xanım Aydının “Nar bağı” filmiylə bağlı yazdığı məqalədə deyilir.

Rejissoru İlqar Nəcəf olan, 2017-ci ildə dram janrında çəkilən “Nar bağı” filmi yeni dövr filmlərindən ən yaxşıları sırasındadır. Ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, redaktoru Aydın Dadaşov və baş prodüseri Müşfiq Hətəmov olan “Nar bağı” filmi Anton Çexovun “Albalı bağı” əsərinin motivləri əsasında çəkilib.

Əsəri oxuyub filmi izləyən adam dərhal eyni olan süjet xəttini tutur. Hər ikisində meyvə bağı, bu meyvə bağını almaq istəyən bir adam var. Hər ikisində uzaqlara gedən və uzun müddətdən sonra geri dönən bir qəhrəman var və s. Amma “Nar bağı”nda ailə dəyərləri, insanlar arasında münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa – bu filmdə nar bağına olan müqəddəs yanaşma, daha çox şərq üslubuna, şərq düşüncəsinə və daha dəqiq desək, bizə uyğundur. Məsələn, atanın – Şamilin evinə, bağına münasibəti vətənə, torpağa olan münasibətinin kiçik formasıdır. Bundan başqa, oğlunun Rusiyaya üz tutması, üzün müddət evindən-eşiyindən uzaq qalması, hətta orda başqa bir ailəsinin də olması, xüsusən, son illərin probleminin bir təcəssümüdür.

Filmdə təbiət mənzərələri, nar bağının ab-havası, obrazların emosiyası tamaşaçıya yüksək səviyyədə ötürülür. İnsan özünü həmin hadisələrin mərkəzində hiss edə, həmin həyəcanı yaşaya, nifrət edə, üzülə, ağlaya, əsəbiləşə bilir. Bundan başqa, həmin ortama, yaşam tərzinə xarakterik olan xüsusi xırda detallar var ki, son dərəcə təbii təəssürat yaradıb. Film həm vizual, həm bədii həllini tapıb, onu həm estetik, həm də texniki baxımdan uğurlu hesab etmək olar.

“Nar bağı” filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Baş rolun ifaçısı Qurban İsmayılov ifa etdiyi Şamil roluna görə “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya, Niderland Krallığının Vlissingen şəhərində keçirilən “Film by the Sea” film festivalında ikinci yerə layiq görülüb, Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub. Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. Azərbaycandan “Xarici dildə ən yaxşı film” nominasiyasında Oscar mükafatına təqdim olunub. Baş rollarda Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad iştirak edib.Filmin baş rol ifaçısı Qurban İsmayılov bildirir ki, kökündən qopan insandan nə desən gözləmək olar:

“Kökündən qopan, ondan uzaqlaşan bir adam, əslində, çox təhlükəli bir adamdır. Onun üçün müqəddəs heç bir şey yoxdur. Düşünürəm ki, filmin əsas qayəsi, əsas məğzi, tamaşaçıya çatdırmaq istədiyi budur. Bildiyiniz kimi, filmin rejissoru İlqar Nəcəfdir. İlqar Nəcəf peşəkar rejissor olduğu qədər də təmkinli, səbirli bir insandır. İşinə son dərəcə məsuliyyət və sevgi ilə yanaşır. Onunla işləmək, əlbəttə ki, çox xoş olmuşdu. Məni də filmə elə özü dəvət etmişdi. Əvvəl filmin süjet xətti ilə tanış oldum, xoşuma gəldi. Sevə-sevə, həm də böyük həvəslə çəkildim. Filmin çəkilişləri çox rəvan, rahat keçdi. Oynadığım obraz ata, həm də nar bağının sahibi Şamil kişidir. Yaşadıqları – bir oğul itkisi, digər oğlunun üz döndərib getməsi, həyat yoldaşının bütün bu əziyyətlərə dözməyib vəfat etməsi, onun xarakterində, düşüncələrində, əlbəttə ki, dərin iz buraxıb. Bu insan ağır tale yaşayıb və eyni zamanda da ləyaqət və şərəfin qoruyub saxlayan bir kişidir. Bu obrazı canlandırmaq üçün özümü onun yerinə qoydum. Düşündüm ki, mən o adam olsaydım nə edərdim, necə edərdim, hansı hissləri yaşayardım. Və beləliklə, Şamilin cildinə girib oynadım bu rolu. Düşünürəm ki, film alınıb”.

Filmin quruluşçu rejissoru İlqar Nəcəfin fikrincə, hər şeyin arxasında insan duyğuları dayanır:

“Mən adətən yazılarımda, filmlərimdə, çalışmışam ki, hədəf olaraq insanı götürüm, onun daxilinə nüfuz edim, düşüncəsinə, şüuruna fokuslanım. İnsan ətrafında, yaşadığı dünyada baş verən, gördüyü, eşitdiyi, bildiyi hadisələri öz daxilindən necə keçirir, onlara necə yanaşır, ümumiyyətlə, hansı meyarlar, dəyərlər üçün vuruşur və yaxud da hansı dəyərlər üçün vuruşmaq istəmir, hansı hisslər, hansı duyğular qarşısında təslim olur? Dilemmalar qarşısında insan hansı qərar vermək istəyir, hansı qərarlar qarşısında tərəddüd edir? Verdiyi qərarı sonradan ürəyində, vicdanında, şüurunda necə hiss edir, necə dərk edir? Bu baxımdan “Nar bağı” filmində də, konkret olaraq Qabili götürsək, obraz kimi onun yaxşı və ya pis insan olduğunu düşünürük. Mənə görə, insan mütləq pis olmur. Bir az onun keçmişinə, qəlbinin dərinliyinə, düşüncəsinə, təfəkkürünə yaxın olsan, öz həqiqətini dinləsən, görürsən ki, bir şeyin arxasında başqa bir şey dayanıb. Bunun hamısı sonda gətirir insanın yanaşmasına, yaşayışına, davranışına, hərəkətlərinə birbaşa səbəb olur. Yəni o baxımdan mənim qəhrəmanlarımı – bu filmdə Qabili mühakimə etmək istəmirəm. Mən onu tamaşaçıların ixtiyarına buraxmaq istəyirəm. İstəyirəm ki, tamaşaçı mühakimə etsin, o qərar versin. Hər kəsin də yanaşması müxtəlifdir və onların hamısı mənim üçün məqbuldur, yeni bir kəşfdir. Mənim üçün filmdə hər şey aydındır. Amma təbii ki, tamaşaçı üçün suallar çıxa bilər. Tamaşaçıya ötürmək istədiyim mesaj budur ki, mütləq şəkildə pis və ya yaxşı insan olmur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Hövsan qəsəbəsində işıq olmayacaq
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Balakəndə qadın hamamda ölü tapılıb
  4. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  5. Bakının iki rayonunda qaz olmayacaq
  6. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  7. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  8. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  9. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
  10. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar