azadses.az » Cəmiyyət » İnternet televiziyaları ilə bağlı məsələyə aydınlıq gətirildi

İnternet televiziyaları ilə bağlı məsələyə aydınlıq gətirildi

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Media haqqında” yeni qanun layihəsində internet televiziyalarına lisenziya verilməsinin könüllü olub-olmaması məsələsindən yazıb.

“Azadsəs.az”ın xəbərinə görə, O. Gündüz sosial şəbəkə hesabında qeyd edib ki, internet TV-lərin lisenziyalaşması ilə bağlı ötən gündən başlayaraq yayılan bütün xəbərlərdə MTRŞ sədrinin "lisenziya könüllü olacaq" fikri qabardılıb:

“Amma "Media haqqında" qanun layihəsində İnternet TV-lərin də daxil olduğu fəaliyyət sahəsinin birmənalı olaraq lisenziyalaşması qeyd edilib. Könüllülük prinsipi layihədə heç bir yerdə nəzərdə tutulmayıb.
Mən isə parlamentdə çıxışımda qeyd etmişəm ki, dövlətə məxsus tezlik resursundan istifadə etməyən İnternet TV-lərin lisenziyalaşması tələbi doğru deyil. Onlayn medianın tənzimlənməsinə həssas yanaşılmasının vacibliyini, daha çox inkişafa kömək edəcək məqamlara diqqət yetirməyi, "platforma yayımçısı" və "platforma operatoru" məsələlərinə aydınlıq gətirilməsi məsələsini qaldırmışam”.

“Azadsəs.az” sözügedən qanunda könüllülük məsələsinə aydınlıq gətirmək üçün Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Fazil Novruzovla əlaqə saxlayıb. O qeyd edib ki, əgər yayımçı internet televiziyası olaraq platforma yayımçısı olmaq istəyəcəksə, o zaman qanunla lisenziya üçün müraciət edib müəyyən tələblərə riayət etməlidir: “Bu, sizə müqavilə bağlayaraq kabel şəbəkəsinə düşməyə imkan verəcək. Bundan sonra ayrıca lisenziya alıb peyk yayımına da çıxa bilərsiniz. Platforma yayımçısı olmaq və media reyestrinə düşmək istəmirsinizsə, sizdən hazırda heç kim lisenziya almağı tələb etmir. 1-2 saat yayım aparan televiziyalar internet resurs kimi qalırlar, onlara televiziya adı da qoymaq düzgün deyil”.

Aparat rəhbəri qeyd edib ki, internet televiziyaları ilə bağlı məsələ qanunun 30-cu maddəsində platforma yayımçısı adı altında birləşdirilib: “Çünki internet televizyası anlayışı dünyada işlədilmir. Sabah bu anlayış sosial şəbəkə televiziyası adı altında da ola bilər. Ona görə də qanunda ümumi platforma yayımçısı kimi işlədirik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  2. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  3. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  4. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  5. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  6. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  7. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  8. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  9. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  10. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib