“Aztelekom”a yeni baş direktor təyin olundu
- 25-12-2021, 21:32
- Cəmiyyət

"Azadsəs.az" "Report"a istinadən xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.
2016-2020-ci illərdə "Azərfon" MMC-nin icraçı direktoru olan K.Müller həmçinin “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.
K.Müllerin bu təyinata qədər son iş yeri isə "McKinsey & Co" şirkətində xarici məsləhətçi vəzifəsində olub.
Bu vaxta qədər "Aztelekom"un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.