azadses.az » Cəmiyyət » “Dəmir yumruq kimi birliyimiz hər məqsədə zamanında nail olmağa əsas verir”

“Dəmir yumruq kimi birliyimiz hər məqsədə zamanında nail olmağa əsas verir”

“2021-ci ilin son günlərindəyik. Qarşıladığımız hər yeni il ötən ildə keçilən yola nəzər salmağı, uğurların təhlili əsasında gələcək hədəfləri müəyyənləşdirməyi bir zərurət kimi ortaya qoyur. “Azərbaycan 2022-ci ilə hansı uğurlarla qədəm qoyur” sualı ətrafında düşündükdə ilk olaraq işğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa və quruculuq işləri göz önünə gəlir. 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan, dağıdılan ərazilərimizin əvvəlki simasına qaytarılması, Qarabağamızın cənnətməkana çevrilməsi bugünümüzün əsas hədəfidir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən ilin 16 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə ilk səfərlərindən bu günədək görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu görərik. Təkcə bir rəqəmi qeyd edək ki, cari ildə ölkə Prezidentinin Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya 7 səfəri olub. Cənab İlham Əliyev ad günündə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşaya səfəri zamanı bir daha tarixi Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdıraraq bu fikri də böyük qürur hissi ilə qeyd etmişdir ki, torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu ərazilərdə əbədi yaşayacaq. Xalq bir amal, müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu”.

"Azadsəs.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Böyük Qayıdışın gerçəkləşməsinə az qalır:

“Prezident İlham Əliyevin cari ildə iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanında işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməsi öz əksini tapıb. Azərbaycanda 10 iqtisadi rayonun 14-ə çatdırılması, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu çatdırdı, yeni reallıqları qəbul etməyə və bu reallıqlar əsasında yaşamağa çağırışlar etdi. Həyata keçirilən infrastruktur layihələrindən olan hava limanları iqtisadi əhəmiyyəti ilə yanaşı, regionda ölkəmizin nüfuzunu da artırıb. Füzuli Beynəlxalq Hava Limanının iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə açılışı oldu. Zəngilan və Laçında hava limanlarının inşası davam edir. Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu istifadəyə verildi. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərində təməli qoyulan birinci “ağıllı kənd” pilot layihəsi çərçivəsində nəzərdə tutulan işlər də sürətlə davam edir. Ən önəmlisi olan bu işlərin Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilməsidir. Qarabağda inşa olunan yollar, həmçinin Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması bölgənin inkişafını sürətləndirəcək, tranzit əhəmiyyətini artıracaq”.

“Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsini şərtləndirən əsas amillərdən biri xalqın ölkə Prezidentinə inamı və etimadıdır. Dövlət başçısı dekabrın 24-də reallaşdırdığı Şuşa səfəri zamanı Cıdır düzündən bu məqamı xüsusi səsləndirmişdir ki, 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək nəticəsində bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atıb”, - deyə millət vəkili bildirib.

Malik Həsənov qeyd edib ki, 2021-ci ildə Azərbaycanın mühüm uğurlarından biri də tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında ölkəmizin ədalətli mövqeyinin təsdiqlənməsı, dünyanın iri dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının regionda uzunmüddətli sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələridir: “Bu baxımdan həm ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi, həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın, həmçinin dünyanın nüfuzlu təşkilatlarından olan Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş nazirinin görüşü bunun təsdiqidir. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüşün keçirilməsi də Azərbaycanın qalib ölkə olaraq diktə edən tərəf kimi dünyanın diqqətində olduğunu, Ermənistana dəstək verən əksər dövlətlərin, o cümlədən Fransanın artıq ədalət deyilən məfhumun mövcudluğunu dəstəkləndiyini təsdiqləyir.”

Millət vəkili qeyd edib ki, artıq ikinci ildir 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında təbrikimizin məzmunu da dəyişib:

“İki il öncəyə qədər işğal altında olan torpaqlarımızın azad edilməsi amalı ilə yaşayan Azərbaycan xalqı bu gün Böyük Qayıdışı gözləyir. Cənab İlham Əliyevə ünvanlanan adgünü təbriklərinin mahiyyətində də ölkə Prezidentinin tarixə qalib Sərkərdə kimi adını qızıl hərflərlə yazmasından keçirilən qürur hissi öz ifadəsini tapır. Dəmir yumruq kimi birliyimiz, həmrəyliyimiz hər bir məqsədə zamanında nail olmağa əsas verir. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli qürur rəmzinə çevrilib”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?