azadses.az » Cəmiyyət » “Bayram günü poliklinikaya yaxınlaşdım, heç kim yox idi”

“Bayram günü poliklinikaya yaxınlaşdım, heç kim yox idi”

Artıq bir neçə gündür ki, vətəndaşlar arasında kəskin respirator xəstəliklər artmağa başlayıb. Eyni zamanda, uşaqlarda adı bəlli olmayan virusun yayılması halları valideynlərin narahatlığına və xəstəxanalara müraciət etməsinə səbəb olub. Valideynlər övladlarından sonra özlərində də yüksək temperatur, öskürək, halsızlıq kimi simptomları müşahidə etdiklərini qeyd edirlər. Qeyd edilir ki, bayram günləri ilə əlaqədar insanlar arasında təmasın çoxalması da xəstəliyin artmasına gətirib çıxarıb.

Bayram günlərində açıqlanan koronavirus statistikasında isə yeni yoluxanların sayı əvvəlki günlərlə müqayisədə aşağı olub. Belə ki, yanvarın 1-də 364, 2-də 368, 3-də 273, 4-də isə 413 yeni yoluxma faktı qeydə alınıb. Vətəndaşlar bunu Təcili Yardımın çağırışlara cavab verməməsi və onlardan yaxma götürülməməsi ilə əlaqələndirirlər.

Paytaxt sakini Vəfa Həsənova saytımıza müraciət edərək bildirib ki, yanvarın 1-dən etibarən oğlu və gəlini yüksək temperaturdan əziyyət çəksə də, təcili yardım zənglərə cavab verməyib: "Telefonu açanda da deyirlər ki, 814-ə yığın. Həmin nömrə də ərazi üzrə poliklinikalardır. Onların da xəttinə düşmək mümkün olmadı. Hətta özüm 2 saylı poliklinikaya yaxınlaşdım. Heç kim yox idi. Axırda tanışların vasitəsilə təcili yardım yanvarın 3-ü gecə gəlib test götürdü. Oğlumdan test götürsələr də, gəlinin temperaturu həmin an 38-i keçmədiyi üçün ondan test götürmürdülər. Güc-bəla ilə test götüzdürdük. Başa düşmürük ki, əgər tanış tapmasaydıq, vəziyyətimiz necə olardı?! Gəlib bizdən test götürən olmayacaqdı".

Bayram günlərində vətəndaşların sözügedən şikayətlərinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva cavab verib. Onun sözlərinə görə, bütün bayram günlərində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb: "Bakı şəhəri üzrə 21 bölməmiz var və 139 briqada tam olaraq xətdə fəaliyyət göstərib. Bayram günlərində çağırışların sayında artım hiss etdik. Çalışırdıq ki, vətəndaşlara ilkin tibbi yardım göstərək. Ən çox çağırış yanvarın 2-si və 3-də oldu. Bəzən əhali elə düşünür ki, qeyri-iş günüdürsə, səhhətində yaranan problemlərlə bağlı ilk olaraq təcili yardıma üz tutmalıdır. Nəzərə almaq lazımdır ki, qeyri-iş günlərində stasionar və sahə poliklinikalarında da çağırışlar qəbul olunur. Bəzən vətəndaşlara bunu izah etdikdə onlar aqressiv cavablar verirlər.
çağırışlar qəbul olunur. Bəzən vətəndaşlara bunu izah etdikdə onlar aqressiv cavablar verirlər.

Qeyd edim ki, dislokasiya üzrə 139 briqada 1700-1800 çağırışı gecikmədən normal şəkildə həyata keçirə bilir. Çağırışların sayı bundan artıq olarsa, müəyyən gecikmələr olur. Çağırışlar 3300-ə çatdığında isə gecikmə qaçılmazdır. Bu halda müraciətlər çeşidlənərək həyata keçirilir. Müraciət edənlərdə xəstəlik səbəblərinə baxılır. İlk olaraq həyati vacib, təcili səbəbli çağırışlara gedilir. Bunlara yol-nəqliyyat hadisələri, travmalar, ürəktutmalar, hamilə qadınlar və kiçik yaşlılar və qıcolmalarla bağlı müraciətlərdir. Daha sonra isə təxirəsalınmaz çağırışları icra etməyə çalışırdıq".

N. Fərzəliyevanın sözlərinə görə, bayram günlərində hərarətlə bağlı çağırışlar da olub: "Deyə bilərik ki, bu daha çox mövsümi qriplə bağlıdır. Ancaq bu halda əhalinin Təcili Yardıma müraciət etməsi düşünürəm ki, müsbət haldır. Çünki iki ildir ki, pandemiya davam edir. Kimsə özündə bu halları görürsə, müayinə olunmaq istəməsi yaxşıdır. Ancaq deyə bilərəm ki, COVID-19-la bağlı müraciətlər demək olar azalıb. Əvvəllər daha çox ağır vəziyyətdə olanlardan müraciətlər olurdu. İndi isə çağırışlarda adi COVID simptomlarına rast gəlirik.

Temperaturu 38 dərəcədən aşağı olanlardan yaxma götürülməməsi məsələsinə gəlincə isə bildirim ki, bu, əvvəldən də belədir. Əgər vətəndaşda temperatur 38 dərəcədən yüksəkdirsə təcili yardım yaxma götürür. Temperatur bundan azdırsa, sahə üzrə poliklinikalara müraciət etmək lazımdır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?