Bakı yaza hazırlaşır - Fotolar
- 20-02-2022, 17:49
- Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, əsas magistral yol və prospektlərin kənarlarındakı iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrələr verilir.
Həmçinin, ağacların qurumuş budaqları budanır, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir.
Bu işlərin mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcək.




