azadses.az » Manset » Yeni il gecəsi bir milyon insan Bakının mərkəzində toplaşıb

Yeni il gecəsi bir milyon insan Bakının mərkəzində toplaşıb

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord miqdarda insan iştirak edib. Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə, milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.
Azadsəs xəbər verir ki, bu barədə Başı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a məlumat verilib.
Əvvəlki illərdən fərqli olaraq, builki şənliklərdə paytaxtımızda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda Yeni ili qeyd etmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.
Bu ilin daha bir xüsusiyyəti paytaxtın küçə və parklarının bəzədilməsinə göstərilən xüsusi diqqət olub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlayıblar.
Paytaxtın bütün park və meydanlarının, Dənizkənarı Milli Bulvarın, əsas magistral yol və prospektlərin, yol kənarlarının bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib. Parklarda yolkalar qurulub.
Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.Bayram günlərində hər tərəfdən musiqi sədaları eşidilirdi. Şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü.
Keçrilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq oldu ki, rekord sayda sakin və şəhərimizin qonaqları bura gələrək onu sevinc və fərəh hissləri ilə izləyiblər.
Bayram tədbirlərinin yüksək səviyyədə təşkili işinə çoxlu sayda insan böyük əmək sərf edib.
Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xidmət sahələrinin işçiləri gücləndirilmiş rejimdə çalışıb.
Bayram günlərində paytaxtda təmizlik tədbirlərinin görülməsi, asayişin təminatı, qonaqların mənzil başına çatdırılması böyük əmək tələb edirdi.
Bütün gecəni xüsusi rejimdə çalışan kommunal-təsərrüfat sahələri işçilərinin fədakar əməyi nəticəsində artıq yanvarın 1-i saat 06:00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü.
Bu bir daha onu sübut edir ki, paytaxtın kommunal xidmətlərinin işi artıq daha yeni səviyyədə təşkil edilib. Prezident İlham Əliyevin paytaxtın kommunal-təsərrüfatının maddi texniki bazasının gücləndirilməsinə dair tapşırıqları və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki tövsiyələrinə uyğun olaraq tələb olunan yeni xüsusi təyinatlı avtonəqliyyat vasitələri və texnika alınır, xidmətlər lazımi avadanlıqlarla təmin edilir, şəhərdə kommunal sahədə tətbiq edilən islahatlar isə öz bəhrəsini verərək bir milyona yaxın insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin edib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib