azadses.az » Cəmiyyət » İlham Əliyev Bakı Ağ Şəhərdə mərkəzi bulvar küçəsinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Bakı Ağ Şəhərdə mərkəzi bulvar küçəsinin açılışında iştirak edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.
Son illərndə Bakı Ağ Şəhər layihəsi çərçivəsində yaradılan infrastruktur insanların rahatlığı və təhlükəsizliyini təmin etməklə yanaşı, paytaxtın görünüşünə əlavə gözəllik verir. Təməli 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan Bakı Ağ Şəhər layihəsinin baş planında nəzərdə tutulan şəhər tipli 10 universal kvartalın bir neçəsi artıq istifadəyə verilib. Hazırda Bakı Ağ Şəhər layihəsinin yeni Park Kvartalında abadlıq və infrastruktur-kommunikasiya işləri yekunlaşıb. Yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası, yeraltı avtodayanacaqlar və böyük park kompleksindən ibarət müasir kvartalda sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılır, yeni yollar salınır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma ərazidə görülən işlər barədə məlumat veriblər.
Bildirildi ki, Ağ Şəhərdə tikinti-quruculuq işləri çərçivəsində eni 37 metr, uzunluğu 2 kilometrə çatan Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşməsi istiqamətində işlər görülüb.
Dövlətimizin başçısı və birinci xanım buradakı parkın abadlaşdırılması və genişləndirilməsi planı ilə də tanış olublar.
Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov görülən və görüləcək işlər barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
Prezident İlham Əliyev Bakı Ağ Şəhər Mərkəzi Bulvar küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva buradakı parkda ağac əkməklə abadlaşdırma işlərinə start veriblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Park Kvartalı ilə tanış olublar.
Məlumat verilib ki, artıq bir neçə ildir Mərkəzi Bulvar küçəsinin Xəqani Rüstəmov küçəsindəki dairəyə birləşən hissəsi istismara verilib. Küçəni əhatə edən Paris evləri, quraşdırılmış heykəllər və yaşı yüz illərlə ölçülən dekorativ zeytun ağacları ərazinin bəzəyidir. Fəvvarələr Meydanı və Mərkəzi Park kvartallarını ayıran Mərkəzi Park küçəsi Ağ Şəhərin iki kilometrlik maneəsiz gəzinti zolağı ilə kəsişir və burada piyadalara üstünlük verildiyini bildirən hündür piyada keçidləri salınır. Küçə, eləcə də Park Kvartalının ərazisində qərbdən London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm “Knighstbridge Residence” kompleksi və şərqdən Böyük Park kompleksi və iyirmimərtəbəli müasir binalara keçidləri təmin edir. Müasir şəhər trendlərinə uyğun olaraq, Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənilib və həyata keçirilib. Bu yolayrıcında piyada və velosipedçilərin üstünlüyünü qeyd edən zolaqlar və yol nişanları, qoruyucu tumbalar nəzərdə tutulub.
Növbəti mərhələdə Mərkəzi Bulvar küçəsinin Nobel prospekti ilə kəsişməsinin işıqforla tənzimlənməsi, Bulvar yoluna birləşməsi və avtomobillərin bu küçə ilə birbaşa Sahilyanı kvartala və Ağ Şəhər Bulvarına hərəkəti planlaşdırılır. Mərkəzi Bulvar küçəsi Ağ Şəhərin təkrarolunmaz üslubunu əks etdirən xüsusi detallarla bəzədilib - eni 11 metrə çatan səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, səkilərdə küçənin adı daş nişanlarla qeyd edilib, yolgöstəriciləri və xəritələr, incəsənət nümunələri quraşdırılır, piyada keçidləri və avtomobillər üçün xüsusi dayanacaq yerləri təşkil edilir.
Yeni salınmış yaşıllıq zolağında əvvəllər ərazidə yerləşən və 1863-cü ildə ilk dəfə Bakıda tətbiq edilmiş ağ neftin ikiqat təmizlənməsi qurğuları bərpa edilərək saxlanılıb. Burada yaradılan yaşıl istirahət zonalarında çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda yeni ağaclar əkilib, eləcə də Ağ Şəhər ərazisində illər boyu bitən ağaclara buraya köçürülərək, onlara yeni həyat verilib. Qara şəhərin tarixi irsinə hörmətlə yanaşaraq, burada XIX əsrdə dünyanın ən qabaqcıl ağ neftin təmizlənməsi qurğuları, XIX əsrin sonları - XX əsrin əvvəllərində neft çənləri əhatə edən istinad divarı və 1890-1940-cı illərdə əhaliyə təmiz suyun paylanmasını təmin edən pavilyon bərpa edilib. XIX əsrə aid olan neft anbarlarını əhatə edən istinad divarı da qorunub saxlanılıb, divar boyunca Olimpiya kvartalına piyada keçidi salınıb. Yeni salınan yaşıllıq zolağında parka keçid pilləkənləri kompleksi yaradılıb, layihənin tarixi və göstəriciləri haqqında qranit xatirə daşı qoyulub.
Prezident İlham Əliyevə Ağ Şəhərdə mərhələlərlə görülən işlər, Nobel prospekti üzrə xüsusi layihələndirilmiş binalar haqqında ətraflı məlumat verildi. Bildirilib ki, burada yerli və xarici sənətkarların incəsənət nümunələri qoyulub və gələcəkdə bu işlər davam etdiriləcək. Bundan əlavə, Olimpiya kvartalında görülən infrastruktur işləri, o cümlədən eni 80 metr olan Nobel, Babək, Heydər Əliyev prospektlərini, Ziya Bünyadov küçəsini və gələcəkdə tikiləcək bulvar küçələrini birləşdirən yol və digər infrastruktur layihələri barədə məlumat verildi. Qeyd edilib ki, Ağ Şəhərdə ofis, yaşayış, inzibati, dövlət binalarının, parkların və digər tikililərin inşası nəzərdə tutulub.
Görülən işlərdən razılığını bildirən Prezident İlham ƏLİYEV deyib.
-Hər il biz ənənəvi olaraq Ağ Şəhərin təməlqoyma günündə görülən işlərlə tanış oluruq və gələcək il üçün planlar tərtib edirik. 2019-cu ildə görülən işlər yüksək səviyyədədir, mən bunu bəyənirəm. 2020-ci ildə də nəzərdə tutulan bütün planlar gərək həyata keçirilsin, o cümlədən yol infrastrukturu. İnvestorlar üçün yeni təkliflər ortaya qoyulmalıdır ki, investorlar Ağ Şəhərin tikintisinin davam etdirilməsinə və tamamlanmasına daha böyük həvəslə vəsait yatırsınlar. Görülmüş işlər münasibətilə sizi təbrik edirəm, yeni uğurlar arzulayıram. Sağ olun.
Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov görülən işləri yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və onu doğum günü münasibətilə təbrik edib.
Sonda xatirə şəkilləri çəkdirilib.
***
Saat 17:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə mərkəzi bulvar küçəsinin açılışında iştirak edib və Park Kvartalı ilə tanış olublar. 

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib