Daha 201 azərbaycanlı Ukraynadan gətirildi

“Azadsəs.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.
O bildirib ki, Rumıniya ərazisindən 4-cü çarter reysi Heydər Əliyev adına hava limanına enib. 183 qadın, yaşlı və 18 körpə olmaqla Azərbaycan vətəndaşları ölkəyə gətirilib.