MN-dən partlayış səsləri ilə bağlı - Açıqlama

Müdafiə Nazirliyindən "Azadsəs.az"a verilənnməlumata görə, döyüş sursatlarının utilizasiya prosesi aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
"Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", - deyə nazirlikdən bildirilib.