azadses.az » Cəmiyyət » Baş Redaktor Ölkə Rəhbərliyinə Müraciət Ünvanladı: Cənab Prezident Məktublarım Niyə Cavabsız Qalır

Baş Redaktor Ölkə Rəhbərliyinə Müraciət Ünvanladı: Cənab Prezident Məktublarım Niyə Cavabsız Qalır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 
Surəti: Azərbaycan Respublikasının birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya 
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə 
“Xəbəral.az” informasiya portalının baş redaktoru Mirismayıl Xələfli tərəfindən
Ə R İ Z Ə
Möhtərəm cənab Prezident! Yazıb sizə bildirirəm ki, son zamanlar ölkə mediyasını Əli Hsənovun və KİVDF-nin rəhbəri Vüqar Səfərlinin işlədirkləri dönəmdə vəzifələrindən sui-istifadə edərək jurnalistlərin haqqına girməsi barədə məlumatlar zəbt edib. Üzülərək bildirirəm ki, haqsızlığa uğrayan mediya mənsublarından biri də mənəm. Mən də, dəfələrlə yazılı və şifahi, eyni zamanda mediya vasitəsi ilə jurnalistlərə sizin diqqət və qayğınızın nəticəsi olaraq inşa edilmiş binalardan ev almaq üçün müraciətlər etmişəm. Lakin, çoxsaylı müraciətlərimdən sonra cəmi 1-cə dəfə Əli Həsənov tərəfindən qəbul edildim.
Bu qəbulda da Əli Həsənovun və köməkçisinin mənə söylədikləri yalnız çıxılmaz yollar, dolambaclar olmazlar, mümkünsüzlük oldu. O qədər süni bəhanələr saydılar ki, məndə ümidsizliyə qapılıb geri döndüm və susdum. Hətta bir dəfə bir qrup millət vəkili, ictimai-siyasi xadim, alim, yazar və jurnalistlərdə mənə ev verilməsi barədə Sizə və sizin timsalınızda Əli Həsənov və Vüqar Səfərliyə mənə ev verilməsi barədə müraciət etdilər. Həmin müraciəti olduğu kimi aşağıda qeyd edirəm: “Möhtərəm Prezident İlham Əliyev! Tanınmış jurnalist, “Xəbəral.az” informasiya portalının baş redaktoru Mirismayıl Xələfli haqqında bu müraciət məktubunu Sizə ünvanlayanda jurnalistlərə olan böyük diqqətinizə və dostluğunuza güvənir, xahişimizə etinasız yanaşmayacağınıza ümid bəsləyirik. Nəzərinizə çatdıraq ki, Mirismayıl Xələfli 2004-cü ildən indiyə qədər mediya sahəsində uğurla fəaliyyət göstərməkdədir. Ali təhsillidir. O, fəaliyyəti dövründə daima Azərbaycan respublikasının mənafeyini qorumuş, Ulu Öndər Heydər Əliyevin yolunu izləmiş və Sizin liderliyinizin eyni zamanda siyasi kursunuzun təbliğatçısı olmuşdur.
2014-cü ilə qədər müxtəlif qəzet və saytlarda fəaliyyət göstərən Mirismayıl xələfli, nəhayət özünün fədakarlığı və zəhməti ilə “Xəbəral.az” informasiya portalını yaratmış və orada Baş Redaktor kimi fəaliyyətini indiyə qədər davam etdirmişdir. O, yazılarında və rəhbərlik etdiyi portalın fəaliyyət xəttində daima dövlətçiliyin uğurla müdafiəsində dayanmış, mediya sahəsində milli mentalitetimizin və adət-ənənələrimizin qorunması üçün müstəsna xidmətlər göstərmişdir. Onun hər zaman bir şüarı olmuşdur:
“Mənim bir liderim var. O da, Cənab Ilham Əliyevdir!” Bu mətnlə dəyərli ziyalılarımız mənim çətin durumda yaşamağımı, 2 azyaşlı övladım ilə kirayələrdə yaşadığımı, övladımın birində eşitmə probleminin olduğunu vurğulayaraq, belə acınacaqlı vəziyyətimi nəzərə almağınızı və mənimdə fərdi mənzillə təmin edilməyimi Sizdən xahiş etmişdilər. Ancaq göründüyü kimi, sözügedən şəxslər bütün müraciətlərə etinasız yanaşdılar və mən bu günə kimi evsiz-eşiksiz, keçməkeçli, əziyyətli həyat yaşayıram. Hörmətli cənab Prezident! Yuxarıda göstərdiklərimə əsasən Sizdən xahiş edirəm ki, mənim müraciətimin də diqqətlə araşdırılmasına və mənim də fərdi mənzillə təmin edilməyimə köməklik göstərəsiniz. Əvvəlcədən hörmət və ehtiramımı bildirirəm. Ümid edirəm ki, Respublika Günümüzdə imzaladığım bu müraciətim ünvanına çataraq öz həllini tapacaq.

Hörmətlə Xəbəral.az Saytının Baş Redaktoru Mirismayıl Xələfli 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu