azadses.az » Manset » Qarabağ qaziləri Prezidentə müraciət etdi

Qarabağ qaziləri Prezidentə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-Aliləri cənab İlham Əliyevə MÜRACİƏT
Cənab Prezident!
Dövlətimizə rəhbərlik etdiyiniz ilk zamanlardan etibarən Ümümmilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət siyasətini uğurla davam etdirməyiniz, müstəqil Azərbaycanın inkişaf strategiyasını yeniləşən müasir dünyanın tələblərinə uyğun hazırlanaraq mütərəqqi ideyalarınızla dövlətimizin dünya miqyasında öz layiqli yerini tuta bilməsi naminə yorulmaz fəaliyyətiniz bütün xalqımız tərəfindən böyük qurur hissi ilə qarşılanır.
Son bir neçə ayda isə Sizin müdrik qərarlarınız nəticəsində ölkə olaraq COVİD-19 koronavirus pandemiyası ilə əzmkarlıqla mübarizə aparmağı bacarırıq. Vaxtında verdiyiniz qərarların, tapşırığınızla görülmüş tədbirlərin nəticəsidir ki, bəşəriyyətin bəlası olmuş pandemiyadan ölkəmiz minimum itkilərlə çıxmağa çalışır.
Cənab Prezident!
Cəbhə bölgəsində İrəvanın qədim Azərbaycan şəhəri olması ilə bağlı səsləndirdiyiniz fikirlər, Göyçə və Zəngəzurun tarixinə toxunmağınız xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır. Siz bir daha dünyaya bəyan etdiniz ki, Ermənistan Respublikasının ərazisi bütünlükdə tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan xalqı ərazisində ikinci erməni dövlətinin yaranmasına heç bir zaman imkan verməyəcək. Sizin bu qətiyyətli fikirlərinizi hər birimiz bütünlükdə dəstəkləyir və təbliğ edərək öz fəaliyyətimizdə rəhbər tuturuq.
Siz çıxışlarınızda dəfələrlə bəyan edirsiniz ki, hər bir Azərbaycanlı milli-mənəvi dəyərlərimizə hörmət və ehtiram göstərməlidir. Siz şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına hərtərəfli diqqət və qayğı göstərirsiniz.
Müstəqil Azərbaycan dövlətinin qüdrətinin artması bəzi dairələri narahat edir. Onlar müxtəlif üsullarla əhali arasında sabitliyi pozmağa və ruh düşkünlüyü yaratmağa çalışırlar.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə öyrədilmiş şəxslər tərəfindən davamlı olaraq hörmətsizlik edilir. Demokratiya və söz azadlığından çirkin məqsədləri üçün istifadə edənlər, sosial şəbəkələrdə şəhidlərimizi, şəhid ailələrini, mwharibə əlillərini, veteranlarını təhqir edirlər. Azərbaycan dövlətinə və prezidentinə qarşı davamlı olaraq çirkin kampaniya aparırlar. Sizdən xahiş edirik ki, bu şəxslərin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq cəzalandırılması üçün ciddi tədbirlər görülməsi məqsədilə tapşırıqlar verəsiniz. Bu cür adamlar cəzasız qaldıqca, dövlətimizə və xalqımızın milli-mənəvi dəyərlərinə qarşı çirkin kampaniya daha geniş vüsət alır.
Əhalinin həssas kateqoriyası ilə daim yaxından işləyən hərbyönümlü QHT-lər olaraq bir daha Sizə sarsılmaz inamımızı və birmənalı dəstəyimizi ifadə edir, tarixi torpaqlarımızın düşməndən təmizlənməsi və Azərbaycanımızın firavanlığı, tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirik. Uca Tanrı Sizi qorusun, cənab Prezident! Vətənin övladı, Azərbaycanın əsgəri olaraq hər zaman əmrinizdəyik, cənab Ali Baş Komandan!
Təklif
Milli-mənəvi dəyərlərimizdən biri olan şəhidlərimizin, şəhid ailələrinin təhqir olunmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq maddə əlavə olunsun;
Azərbaycan dövlətinə və prezidentinə qarşı mənəviyyatsız kampaniya aparanlarla bağlı hüquqi müstəvidə tədbirlər görülsün;
Fuad Muradovun şəhid ailələrini təhqir etməsinə hüquqi qiymət verilsin, Milli Fədailər Hərəkatının fəaliyyəti ciddi şəkildə araşdırılaraq ləğv edilsin.
Səmimi hörmət və ehtiramla:
1. Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev
2. “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” ictimai birliyinin sədri Məmmədhüseyn Sarıyev
3. Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev
4. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli
5. Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev
6. Azərbaycan Əfqanıstan Veteranları ictimai birliyinin sədri Məhəmməd Vəliyev
7. Azərbaycan Çernobl Əlilləri İttifaqı ictimai birliyinin sədri Mirhəsən Həsənov
8. “Qarabağ Qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev
9. “20 Yanvar” ictimai birliyinin sədri Sultan Əzimzadə
10. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma ictimai birliyinin sədri Elşən Uluxanlı
11. Qarabağ Əlilləri və Veteranları ictimai birliyinin sədri
Növrəstə Yusifova
12. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun sədri Sərraf Orucov
13. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği ictimai birliyinin sədri Roza Ayın
14. Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyinin sədri Radə Abbas
15. “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” ictimai birliyinin sədri Maral Zeynalova
16. Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı
17. Erməni Təcavüzünün Tanıdılması ictimai birliyinin sədri Səriyyə Cəfərova
18. Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri ictimai birliyinin sədri Xədicə Babayeva
19. Qürur Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri Naibə Behbudova
20. Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova
21. “Məcburi-Köçkün Müharibə Veteranları” ictimai birliyinin sədri Əbil Zeynalov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?