Vətən Müharibəsi Qəhrəmanı hərbi hissə komandiri təyin edildi
- 20-04-2022, 15:16
- Cəmiyyət

"Azadsəs.az” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Z.Yusibov Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsinə komandir təyin edilib.
Qeyd edək ki, 40 yaşlı Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” rütbəsi alıb. Vətən Müharibəsi zamanı Hadrut döyüşlərində xüsusi şücaət göstərib. Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
