“Mançester Siti” “Barselonanın” əsas ulduzlarından birini transfer etmək istəyir
- Bu gün, 11:19
- İdman
“Mançester Siti” “Barselona”nın vingeri Rafinya Diası transfer etmək istəyir.
“Report” xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
“Şəhərlilərin” hücumameyilli yarımmüdafiəçiləri Kevin de Bröyne, Bernardu Silva və Fil Foden bu mövsüm klubun gözləntilərini doğrultmadıqları üçün Qvardiola yeni ulduz hücumçu transfer etmək istəyir. İspan məşqçi Rafinyanı hələ “Barselona”ya keçməzdən əvvəl transfer etməyə çalışıb, indi isə yenidən bunu etməyə cəhd edəcək.
Öz növbəsində, 28 yaşlı braziliyalı katalon klubunda xoşbəxt olduğunu bildirib.
Bu mövsüm Rafinya klub səviyyəsində 45 matçda 28 qol vurub və 22 məhsuldar ötürmə edib. Müxtəlif məlumatlara görə, Rafinya cari mövsümün yekunlarına əsasən “Qızıl top”u qazanmağa əsas namizədlərdən biridir.