azadses.az » Cəmiyyət » Tibbi sığorta ilə bağlı daha bir anlaşılmazlıq - Harada keçərli deyil?

Tibbi sığorta ilə bağlı daha bir anlaşılmazlıq - Harada keçərli deyil?

Bəzən vətəndaşlar icbari tibbi sığorta ilə xəstəxanalara müraciət etmək istəyərkən müəyyən anlaşılmazlıqla üzləşirlər. Dövlət xəstəxanası kimi tanıdığımız tibb müəssisələrinə müraciət zamanı aydın olur ki, əslində həmin yerlər özəldir, orada xidmətlər pulludur, həkimlər ödənişli əsaslarla fəaliyyət göstərirlər.

“Qafqazinfo” xəbər verir ki, son günlər sosial şəbəkədə bununla bağlı müzakirələrə tez-tez rast gəlinir. Məsələn, Mərkəzi Klinikanın müvafiq şöbəsində qastroenteroloji müayinədən keçmək istəyən pasiyentə bildirilib ki, klinika icbari tibbi sığorta ilə yalnız kardioloji müayinələri edir. Həmçinin ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinədən keçmək üçün birbaşa müraciət edən pasiyentlər icbari tibbi sığortadan yararlana bilmirlər. Eyni hal dövlət tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzində də yaşanır.

Bəs icbari tibbi sığortanın keçərli olduğu dövlət xəstəxanaları hansılardır? Həmçinin Agentliyin tabeliyində olmayan, lakin icbari tibbi sığortanın keçərli olduğu dövlət müəssisələri varmı?

Bu suallarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri ilə buradan tanış olmaq mümkündür.
Dövlət Agentliyindən bildirilib ki, vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq, TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər: "Yəni yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq, hər kəs ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər. Poliklinika, Ailə Sağlamlıq Mərkəzləri, kənd/qəsəbə məntəqələrində göstərilən tibbi xidmətlərdən istifadə etmək üçün qeydiyyatda olduğu ərazi üzrə müraciət edilməlidir”.

Agentlikdən həmçinin deyilib ki, dövlət tibb müəssisələrində stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.

Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər isə bunlardır.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa Agentliyin 43 müqaviləli (özəl) tibb müəssisələrindən birinə göndəriş verilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət edildikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanmaq mümkündür. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir. Lakin göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Agentlikdən bildirilib ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. Hazırda müqaviləli tibb müəssisələrinin adı, ünvanı, əlaqə vasitələri ilə buradan tanış olmaq olar.

Qurumdan yuxarıda adını çəkdiyimiz tibb mərkəzləri haqda da məlumat verilib: “Mərkəzi Klinika və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələridir. Vətəndaş təcili və təxirəsalınmaz hallar istisna olmaqla, Agentliyin müqavilə bağladığı tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində yalnız göndəriş vərəqəsi ilə müraciət etməlidir. Pasiyent həmin tibb müəssisəsində istənilən həkimi seçmək hüququna malikdir. Bura dövlət tibb müəssisələrində mümkün olmayan Xidmətlər Zərfi ilə təminata alınmış tibbi xidmətlər üzrə həkim müayinə və müalicəsi, laboratoriya xidməti, invaziv radiologiya xidməti, stasionar cərrahi
xidmət və stasionar terapevtik xidməti göstərilir. Bununla yanaşı, təcili və təxirəsalınmaz hallarda özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə tibbi xidmət göstərilir. Bunun üçün özəl tibb müəssisəsi Agentliyə elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsi mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir”.

Agentlikdən həmçinin qeyd edilib ki, müxtəlif dövlət orqanlarının (Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s.) tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana ixtisaslaşdırılmış tibbi yardımın göstərilə bilmədiyi hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edirlər. Agentlik göstərilən xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir.

Bəs dövlət tibb müəssisələrində ödənişli xidmət qanunidirmi? İqtisadçı-ekspert Rəşad Həsənovun saytımıza bildirdiyinə görə, dövlət tibb müəssisələrinin publik hüquqi şəxs elan edilməsindən sonra ödənişli xidmət qanunidir: “Məhz həmin müəssisələrin publik hüquqi şəxs olması, bəsit dildə desək, təsərrüfat əsaslı müəssisə deməkdir. Bunlar özü-özünü maliyyələşdirməli olan müəssisələrdir. Bu statusun verilməsinin səbəbi o idi ki, həmin xəstəxanalarda biznes təyinatlı xidmətlər göstərə bilsinlər. Qanunvericiliyə görə, publik hüquqi şəxslər kommersiya marağında fəaliyyət göstərə bilərlər. Bundan sonra onların vətəndaşlara ödənişli xidmətlər təklif etməsi qanuniləşdirilib”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?