azadses.az » Cəmiyyət » “Mesenat”, “Əfqanıstan döyüşçüsü”, “vətənpərvər” iş adamı, yoxsa...

“Mesenat”, “Əfqanıstan döyüşçüsü”, “vətənpərvər” iş adamı, yoxsa...

Mütəşəkkil PR komanda quraraq sosial mediada “mesenat” obrazı yaradan iş adamı Mübariz Mənsimov son günlər yenə öz piarının qurbanına çevrilib. Əslində, bu da bir tələdir - sosial mediada məşhurlaşdırılan “xeyirxah insan” obrazı daim uğur və xeyriyyə addımları ilə gündəmdə qalmalıdır. Bu minvalla şəbəkəyə axan ismarışların da hərdən həqiqətlə tərs mütənasibliyi qəhrəmanı gülünc vəziyyətə qoyur. Necə ki, Mənsimovun son günlər qəfildən yadına düşdüyü “Əfqanıstan gündəliyi”... Mətbuat o dəqiqə faktı yoxlayaraq onun “Mən iki dəfə Əfqanıstanda döyüşlərdə olmuşam” iddiasını təkzib etdi, əslində aşpaz kimi xidmət etdiyini ortalığa çıxardı.

Bu Mənsimov və komandasının piarının ilk rüsvayçı halı deyil. Bir müddət əvvəl də sosial şəbəkə seqmentinin rəğbətini qazanmağa yönəlmiş “Şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir” icmarışı ünvanlanmışdı. Reallıq bəs nədən ibarət oldu? Türkiyə mətbuatı FETÖ ilə əlaqədar həbs edilən Mübariz Mənsimovun ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termencyanla əlaqələrinin olması ilə bağlı danılmaz faktlar, fotosübutlar dərc etdi. Məlum oldu ki, 2016-cı ildə Mənsimovla bu adam şərikli olaraq “Palmali USA LLC” gəmi şirkəti yaradıblar.

Mübariz Mənsimovun digər bir obrazı “işçilərinə qarşı vicdanlı, ədalətli rəhbər” olması ilə bağlıdır. Bu ismarış da yayılandan sonra məlum oldu ki, onun “Shovket Alekperova” adlı şirkət gəmisinin 150 işçisi yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilmir, gəmidəki yemək və təmiz su problemindən də əziyyət çəkiblər. Mənsimovun ailə dəyərlərinə, dosta-qardaşa sadiq olan bir insan obrazı da bu illər ərzində puç oldu. Belə ki, onun əməllərindən öz doğma qardaşı da əziyyət çəkib.

Onun qardaşı Maarif Mənsimov prokurorluğa ünvanladığı şikayət ərizəsində qardaşının çirkli əməllərinə və şəriklərini aldatmasına etiraz olaraq, şirkətdəki bütün vəzifələrindən imtina etdiyini bəyan edib. Qardaşı Mübariz Mənsimovun şirkətinin rəhbəri olan Nuray N.P. ilə birlikdə işlədikləri hər kəsi saxta vədlərlə aldatdığını bildirən Maarif Mənsimov 17 il əvvəl qardaşından satın aldığı Beşiktaşın Ulus məhəlləsindəki villasının sənədlərini hələ də ala bilmədiyini də bildirib.

Mübariz Mənsimovun “Sberbank”, “Lukoil” kimi yerli və xarici qurumlara ziyan vura biləcək saxtakarlıqlar etdiyi qeyd olunan ərizədə: “Etdikləri hüquqazidd hərəkətləri ilə dövlətə və cəmiyyətə zərər verən bu insanların haqq etdiyi cəzanı alması üçün bu şikayəti etməyi vacib saydım”, - deyə o, prokurorluğa yazdığı ərizəsində bildirib.

Xronologiyaya nəzər yetirəndə məlum olur ki, “xeyriyyəçi iş adamı” Mənsimov hər növbəti maliyyə maxinasiyası ərəfəsində sosial şəbəkələrə növbəti “qəhrəmanlıq salnaməsini” ötürür. Çox keçmir ki, onun fırıldaqları yeni formada özünü büruzə verir. Görək, “əfqan döyüşçüsü”nün bu dəfə hansı maxinasiyaları üzə çıxacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?