azadses.az » Siyasət » “Putin bildirmək istəyir ki, Qarabağın bu günü və gələcəyi tərəflərin özlərini necə aparmasından asılıdır”

“Putin bildirmək istəyir ki, Qarabağın bu günü və gələcəyi tərəflərin özlərini necə aparmasından asılıdır”

Gələcək Azərbaycan üçün  Yol Xəritəsi
 
Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda keçirdiyi ənənəvi mətbuat konfransında Dağlıq Qarabağla bağlı əvvəl sərgilədiyi mövqeni bir daha bəyan etdi. Onun sözlərinə görə:
 
1) Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayılır. 2) Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll olunmalıdır.
 
Bu iki fərqli fikir, əslində  hər iki tərəfə, həm Ermənistana və həm də Azərbaycana yumşaq dillə desək mesaj və olduğu kimi təqdim etsək təhdiddir. Putin bununla bildirmək istəyir ki, Qarabağın  bu günü  və gələcəyi tərəflərin özlərini necə aparmasından, daha doğrusu ruslardan asılıdır. Noyabrın 10-dan etibarən rus qoşunlarının Qarabağda yerləşməsi hər iki ölkəni, ilk növbədə hazırkı hakimiyyətləri, həm də hər iki ölkənin yaxın gələcəyini Rusiyadan tam asılı vəziyyətə salıb. Əslində əvvəllər də hər iki ölkənin hakimiyyətləri  Putindən asılı vəziyyətdə olub, sadəcə Paşinyanın hərdən həyata keçirmək istədiyi müstəqil siyasət təşəbbüslərinə ona  dərs verilməklə bu dəfə son qoyulub.
Hazırkı vəziyyətdə Azərbaycanın Rusiyanın arzuolunmaz təsir dairəsindən çıxmaq üçün edə biləcəkləri Ermənistandan daha çoxdur. Odur ki, Azərbaycan  aşağıdakı 3 sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir:
 
1) Türkiyə ilə bütün sahələrdə, xüsusilə də hərbidə əməkdaşlıq gücləndirilməli
 
2)Maliyyə və insan  resurslarından daha rasioal istifadə olunmalı
 
3) Vətən müharibə dövründə siyasi hakimiyyətlə xalq arasında yaranmış  həmrəylik qorunmalı və möhkəmləndirilməlidir.
 
Belə olan halda biz nələr etməliyik?
 
1) Türkiyə ilə hərbi mütəffiqlik (əməkdaşlıq deyil, məhz mütəffiqlik) sazişi imzalamaqla Azərbaycan-Türkiyə Hərbi İttifaqının yaranmasına nail olmalıyıq. Türk ordusunun Azərbaycanda təlim və hazırlıq bazalarını formalaşdırmaqla, peşəkar ordu yaratmalı, silahlı qüvvələrin texniki silahlanma, bilik və bacarıqlarını daim artırmalıyıq.
 
2) Azərbaycanın üstün maliyyə və insan resurslarına əsaslanmaqla bütün sahələr üzrə gerçək islahatlar aparmalı, milli iqtisadiyyatın şaxələndirilmiş, institutlara bağlı olan dayanıqlı və insan resurslarına əsaslanan davamlı inkişafına nail olmalıyıq. Bu isə heç şübhəsiz ki, təhsilin inkişafından və yeni texnologiyaların mənimsənilməsindən asılı olacaq.
 
3) Xalqın etimadını doğruldan hakimiyyət komandası  formalaşdırmalı, hökumət, məhkəmə, prokurorluq, hüquq mühafizə və ədliyyə sistemi korrupsionerlərdən təmizlənməli, siyasi hakimiyyətlə biznes hakimiyyəti ayrılmalı, parlament  müxalif siyasi partiyaları təmsil edən qanun yaradıcılarından, peşəkarlardan ibarət qanunverici instituta çevrilməlidir.  Azad biznes, müstəqil vətəndaş cəmiyyəti və mətbuatın inkişafı üçün  hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, işsizlik və yoxsulluğa qarşı effektiv mübarizə vasitələri ilə əhalinin rifah halı yaxşılaşdırılmalıdır.
 
Qubad İbadoğlu
 
Ekspert
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?