azadses.az » Cəmiyyət » Qeyri-neft ixracı yeyinti məhsulları üzrə genişlənməlidir

Qeyri-neft ixracı yeyinti məhsulları üzrə genişlənməlidir

Pərviz Heydərov yazır...

Büdcəyə gəlir artmaqda davam edir. Bu ilin yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artaraq 5 milyard 35,4 milyon manat təşkil edib. Bu da nəzərdə tutulandan 50,5 faiz çox deməkdir.

Ötən yazılarda qeyd edilən kimi, dünya iqtisadiyyatında inflyasiya və bahalaşma fonunda ölkəmizdə dövlət büdcəsi olduqca əlverişli və yüksək göstəricilərlə icra edilir.

Və bunda da əsas rolu qeyri-neft-qaz sektoru oynayır ki, qeyd olunan dövrdə sözügedən sektordan daxilolmalar 49,7 faiz artaraq 3 milyard 430,2 milyon manat təşkil edib ki, bu da 133,5 faiz deməkdir.

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin I rübünün yekunlarına dair müşavirədə Maliyyə naziri Samir Şərifov da qeyd etdi ki, Dövlət Vergi Xidməti üzrə proqnozun artıq icra edilməsinin böyük, yəni, 90 faizə yaxın hissəsi qeyri-neft-qaz sektorunun hesabına baş verib.

Xatırladım ki, I rübdə büdcə gəlirləri proqnozdan 6,3 faiz (418 milyon manat) çox təşkil edərək 7 milyard 10 milyon manata bərabər olub. Bu da Dövlət Vergi Xidməti üzrə daxilolmaların nəzərdə tutulandan 23,8 faiz, Dövlət Gömrük Komitəsi üzrə isə 23,7 faiz artıq həyata keçirilməsi sayəsində baş tutub.

"Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil edib. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transfert 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat icra olunub, yəni, 423 milyon manat az." - deyə, nazir S. Şərifov həmin müşavirədə bildirdi.

Demək ki, dövlət gəlirlərimiz neft-qaz sektorundan asılı olsa da büdcəyə mədaxilin ilin dördüncü ayı da daxil olmaqla artıqlaması ilə yerinə yetirilməsində qeyri-neft və qaz sektoru həlledici rol oynayır.

I rübdə qeyri-neft-qaz sektorundan ixrac da 45 faiz çox təşkil etmişdi. Hansı ki, bu faktın özü də az ifadə kəsb etmir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov da bu səbəbdən yanvar-aprel aylarının nəticəsinə münasibətdə rəhbərlik etdiyi qurumun yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarıyla yanaşı, sahibkarlara da gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edib. Çünki bu, olduqca müsbət tendensiyadır.

Bəli, bütövlükdə sözügedən bu tendensiyada son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində büdcə-vergi (fiskal) siyasəti üzrə dəyişikliklər də az sözünü deməyib və demir. Söhbət, qeyri-neft və qaz sektorunda gəlirlərin artmasından və bir sıra vacib fondlara, o cümlədən onlardan transfert, habelə mədaxilə təsirdən gedir.

Başqa sözlə, işgüzar fəallığı rövnəqləndirən həm də büdcə-vergi (fiskal) siyasətindəki dəyişikliklər faktorudur. Belə ki, bunu məcburi sosial dövlət sığorta haqları üzrə yığım tempi də təsdiq edir. Cari ilin I rübündə bu istiqamətdə 961 milyon manat proqnoz əvəzinə 1 milyard 41 milyon manat cəlb edilib.

Ümumiyyətlə, əvvəlki yazılarımda da qeyd etdiyim kimi Dövlət Sosial Müdafiə Fonduna son 3 ildə mədaxil prosesinin özü də iqtisadiyyatdakı inkişafın və artımın məhz keyfiyyətli dayağa və köklərə söykəndiyini əxz etdirir.

Bəs, bu vəziyyəti necə qoruyub saxlamaq olar?! Bütün bu qənaətbəxş temp necə sığortalanmalıdır?!

Qeyd olunan suala cavab olaraq qeyd edim ki, ixracda əsasən aqrar istehsala aid məhsulların payı genişlənməlidir.

Ümumiyyətlə, bu suala cavab tapmaq üçün Prezident İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edərkən söylədiyi fikirlərə diqqət yetirmək kifayətdir.

“Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir”- deyə, Prezident qeyd etdi.

Əlavə olaraq, dövlət başçımız xatırlatdı ki, bu ilin 3 ayı ərzində qeyri-enerji ixracımız 45 faiz artıb:

“Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir”.

Kənd təsərrüfatı qeyri-neft qaz sektorunun mühüm qolunu təşkil etdiyindən adıçəkilən sektorda müsbət dinamikanın qorunub saxlanması və davamlı xarakter daşıması üçün ilk növbədə yeyinti məhsulları üzrə ixracın daha sürətli şəkildə genişlənməsi tələb olunur.

Yeri gəlmişkən, yanvar-aprel aylarında qeyri-enerji ixracımız 38.5 faiz artıb. Başqa sözlə, keçən ilin eyni dövründəki 696,9 milyon ABŞ dollarından fərqli olaraq 965,5 milyon ABŞ dolları təşkil edib. Təkcə aprel ayı ərzi üçün bu rəqəm keçən ildəki 195,3 milyon dollara qarşı 238,3 milyon ABŞ dollarına bərabər olub. Yəni, 22 faiz çox...

Lakin burada bir cəhət var. O da bundan ibarətdir ki, yuxarıda da yazdığım kimi, I rübdə qeyri-neft-qaz sahəsində ixracın 45 faiz çox təşkil etməsi faktı az ifadə kəsb etmir. Ancaq bu zaman ixrac olunan məhsulların mühüm hissəsi məhz neft-qaz sektoruna aid müəssisələrdə istehsal olunan qeyri-neft qaz məhsullarından ibarət olub ki, bu dolayısı ilə yenə neft sənayesinin dominantlığını təsdiq edir.

Əslində isə, yeyinti və ümumiyyətlə, sırf qeyri-neft qaz sənayesinə məxsus məhsulların ixracı daha üstün və geniş yerə tutsa yaxşıdır. Bu, gəlirlərin artmasında dayanıqlığın təmini üçün mühüm şərtdir.

Qeyd edək ki, ötən il də ölkədə qeyri-neft məhsulları üzrə ümumi ixracın 26,4 faizi SOCAR-ın payına düşüb. İl ərzində şirkət tərəfindən polimer məhsulları daxil olmaqla 712,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu, 1 il əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 183 faiz çox təşkil edib.

Ümumiyyətlə, ötən il ərzində ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracın həcmi 870 milyon ABŞ dolları dəyərində artım nümayiş etdirib ki, bunun 64,4 faizi SOCAR tərəfindən qarşılanıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?