azadses.az » Cəmiyyət » Tarixə səhf yanaşma

Tarixə səhf yanaşma

Tarixi hadisələr bu günün prizmasından yanaşsaq hansı mənzərə ilə qarşılaşarıq? Məncə, bunu təsəvvür etmək elə də çətin deyil. Məhz bu cür yanaşma ilə Babək ən böyük kafir elan olunmalıdır. Azərbaycana İslamı gətirən ərəblərə qarşı qılınc qaldırdığına görə. Şah İsmayıl Xətai xəyanətkar sayılmalıdır. Bizə dost və qardaş Türkiyənin sələfi olan Osmanlı imperiyası ilə vuruşduğuna görə. Quba xanı Fətəli xan tarixdən silinməlidir. Ruslarla birləşib digər Azərbaycan xanlıqlarına hücum etdiyinə görə. Bütün bu tarixi faktlar XXI əs Azərbaycanından məhz bu cür görünür. Sizcə, bu doğrudurmu? Əgər doğrudursa, o zaman tarixi araşdırmağın, onun səbəb və məqsədini tədqiq etməyin nə mənası var? Bir haldakı biz 2020-ci ildə oturub əsrlər əvvəl baş verənləri bu günkü hadisələr fonunda qiymətləndirəcək, kimlərisə günahkar sayacaq, kimlərəsə bəraət qazandıracağıq. Məgər 70 il Azərbaycan tarixi rusların və "rusbaşlıların" istək və arzularına uyğun quraşdırılmadımı? Xalq ən şərəfli Cümhuriyyət tarixindən uzaq salınmadımı? Bu tarixi yaradan şəxsiyyət unutdurulmadımı, adları yasaq edilmədimi? Bu gün bütün bunlar bizə dəhşətli görünsə də 30-35 il bundan qabaq çox adi qarşılanırdı. Niyə? Çünki o dövrdə siyasi və ictimai vəziyyət bunu tələb edirdi. Müstəmləkəçi müstəmləkədə olan xalqla belə davranmalı, ondan qəhrəmanlıq tarixini ya gizlətməli, ya da tamam təhrif olunmuş şəkildə təqdim etməli idi.
Bəs bu gün? Müsəlman Şərqində ilk demokratik respublika quran bir xalq bunu bütün dünyaya car çəkib qürurlanmaq əvəzinə niyə şanlı tarixdə əyər-əskik axtarmalı, tapmayanda isə bu günün şərtləri daxilində 102 il əvvəlki hadisələrə qiymət verməlidir? XX əsrin əvvəllərində gərgin siyasi şəraitdə yoxdan bir bayraq, bir ideal rəmzi yaradıb onu min müşkülatla ucaltmaq, coğrafi bir ərazi adını dövlət adına çevirmək, başdan ayağa düşmən əsarətində olan Vətəni azad edib yaşatmaq, 200 ilə yaxın kölə vəziyyətində yaşayan insanlara istiqlaliyyəti dadızdırmaq böyük yox, çox böyük bir işdir və bu tarixə ləkə salmaq heç kəsə başucalığı gətirəcək amil deyil. Bunu başa düşmək bu qədərmi çətindir? Bu gün bunu anlamayanlar və ya anlamaq istəməyənlərin 1920-ci ildə rus qoşunlarının tərkibində Azərbaycan sərhədlərini təcavüzkarcasına pozan qatı bolşeviklərdən zərrə qədər də olsun fərqi yoxdur. 70 il millətçi, panturkist, panislamist, şarlatan, satqın damğası vurulan cümhuriyyət qurucularını bu gün satqınlıqda, ölkəni ruslara təhvil verib qaçmaqda və sağ qalmaqda qınamaq düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.
Tarix bədii əsər deyil ki, onu istədiyin kimi qavrayır təhlil edəsən. Tarixdə heç bir hadisə səbəbsiz və əbəs yerə baş vermir. Əgər həmin dövrdə İrəvan şəhəri ermənilərə verilmişdirsə, bunun səbəbini anlamaq və mövcud siyasi şəraiti nəzərə almaq lazımdır. Bu haqda çox danışılıb və yazılıb. Təbii ki, bunu hər kəs yaxşı anlayır. Öz torpağında deyil, qonşu ölkənin paytaxtında vətənini müstəqil elan edən insanlara daxili və xarici təzyiqlərdən də hər kəs xəbərdardır. Niyə onları Azərbaycanın istiqlaliyyətini Bakıda, Gəncədə, Naxçıvanda, Şamaxıda deyil, məhz Tiflisdə elan etdiklərinə görə heç kim qınamır? Ona görə qınamır ki, həmin dövrdə Azərbaycanın düşmən əsarətində olması hər kəsə gün kimi aydındır. Bəs niyə İrəvan məsələsində bəzi tarixçilər dövrün tələb və şərtlərinə göz yumurlar? Niyə bu gün İrəvanı ermənilərə güzəştə getməklə bütün Azərbaycanı xilas edən insanları az qala düşmən adlandıracaq qədər "irəli" gedənlər Zəngəzurun, Göyçənin bu gün isə Qarabağın verilməsindən danışmır, "Ermənistan SSR-lə Azərbaycan SSR-i arasında heç bir sərhəd olmamalıdır" - deyən insanı mühakimə etmir, 70 il haylarla azərbaycanlıların qardaşlığı vəsf edənlərin adlarını belə çəkmirlər? Ədalətdən danışanlar niyə ədalətsiz davranır?
Tutaq ki, Azərbaycan rəhbərləri İrəvan məsələsində təkid etdilər və qədim şəhərimiz ermənilərə verilmədi. O zaman Azərbaycanın istiqlaliyyətə qovuşacağına və 23 ay yaşayacağına kim zəmanət verə bilər? Kim bizi inandıra bilər ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranmasaydı, 1991-ci ildə bu xalq yenidən müstəqil olacaqdı və Dağıstan, Tatarıstan, Çeçenistan kimi Rusiyanın tərkibində saxlanılmayacaqdı? Bu gün İrəvanı ermənilərə verməkdən gunahlandirdiğimiz insanların fədakarlığı sayəsində közərmiş alov 70 il sonra Odlar Diyarında yenidən alovlandı və bu gün hər birimiz bu alovun istisinə qızınırıq Ən azı bundan utanmaq lazımdır.
Son günlər bu məsələ ilə bağlı qarayaxma kampaniyası elə bir həddə çatıb ki, bunu artıq televiziya kanallarında açıq aşkar dilə gətirir və nədənsə xalqın Cümhuriyyətə və onu yaradanlara olan sevgisini azaltmağa çalışırlar. Söhbət Məhəmməd Əmin Rəsulzadədən gedəndə isə buludlar daha da sıxlaşır. Onu Xalq Cümhuriyyətinin qurucusu yox, qurucularından biri hesab etdikləri halda, İrəvan məsələsində bir nömrəli "günahkar" qismində təqdim etməyə çalışırlar. Hətta vəziyyət o yerə gəlib çatıb ki, Rəsulzadəni mühacirətə getməkdə və sağ qalmaqda suçlayırlar. (Artıq Allahın da işlərinə qarışmağa başlayıblar.) Məhəmməd Əmin Rəsulzadənin təkcə mühacirətdəki fəaliyyəti bu insanın böyüklüyünün və əvəzolunmazlığının sübutudur. Bütün bunları görməmək sadəcə mümkün deyil. Görməyən gözləri isə nifrət toru örtüb. Buna başqa bir ad tapmaq mümkün deyil.

Orxan İsayev
AJB-nin üzvü
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?