azadses.az » Cəmiyyət » Dövlətçiliklə bağlı məsələlərdə emosiyalara hakim olmalı, əsil mahiyyəti üzrə yanaşmaq lazımdır.

Dövlətçiliklə bağlı məsələlərdə emosiyalara hakim olmalı, əsil mahiyyəti üzrə yanaşmaq lazımdır.

Son günlər geniş müzakirə və polemikaya çevrilən qədim Azərbaycan yurdu İrəvanın 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə güzəştə gedilməsi mövzusu barədə müxtəlif fərqli yanaşmalar sərgilənir, tariximizin bu səhifəsinə elmi-tarixi rakursdan deyil, müxtəlif fərdi və daha çox emosiyalara nəzər salanların mövqelərini görmək mümkündür. Təbii ki, hər kəsin hansısa mövzuya baxışları azad və fərqli ola bilər, ancaq dövlət və dövlətçiliklə bağlı məsələlərdə emosiyalara hakim olmalı, əsil mahiyyəti üzrə yanaşmaq lazımdır.
Birmənalı olaraq hamıya məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərə heç kim kölgə salmır. Xalq Cümhuriyyətini hər zaman qürur və iftixarla xatırlayan Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycanın bu şərəf tarixini, milli dövlətçilik ənənələrimizin bir mərhələsini, milli azadlıq və məfkurə tariximizə verdiyi töhfələri hamıdan çox qiymətləndirib. Onların Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi dəyər, cümhuriyyətimizin ənənələrini yaşatması hamıya açıq və aydındır.
Məsələ ondadır ki, bir əsrdən artıqdır beynəlxalq xarici güclərin Azərbaycana təzyiqləri yenə də davam edir, ölkəmizin ərazi bütövlüyünə təhdidlər olur, torpaqlarımızın bir hissəsini itirmişik və s. Bu hallara qarşı isə laqeyd qalmaq mümkün deyil, keçmişimizdən dərs götürməsək daha yeni faciələrlə üzləşə bilərik. Onu xüsusilə hər an xatırlamalıyıq ki, regionda separatizm yuvası kimi yaradılmış Ermənistan 100 il əvvəlki kimi bu gün də ərazi iddialarından əl çəkmir. Və onu da unutmaq olmaz ki, bu gün Ermənistan adlanan qondarma dövlət məhz İrəvanın güzəştə gedilməsi sayəsində yaranıb. İrəvan Azərbaycanın tərkibində qalsaydı, Ermənistan dövləti də olmayacaqdı, olsa belə indi Zəngəzursuz, Göyçəsiz kişik bir ərazi vahidi idi.
Cənab Prezidentin xüsusi vurğuladığı Ermənistanın məniməsdiyi tariximizi unutmaq yox, yaşatmaq, müasir gənc nəslə çatdırmaq, geniş təbliğ etmək lazımdır. İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər. Məsələn, Sisyanın əsl adı Qarakilsədir. Ona görə də, tarixi mənbələrdə, müasir sənədlərdə bu tariximiz olduğu kimi yazılmalıdır.
Keçmişdən ibrət götürməyən millət bu gününü dəyərləndirə bilməz. Nəsillər dəyişir, yeni nəsil gəlir və onların üzərinə daha ağır məsuliyyət düşür və s. Ona görə də yeni və gənc nəsil keçmişimizi və bu günümüzü daha dərindən öyrənməlidir ki, ermənilərin hələ də davam edən hiylələrinə qarşı diqqətli olsunlar, keçmişimizdəki səhvlərə yol verilməsin. Prezident İlham Əliyev də bunları tövsiyə edir, məsələyə ümumi dövlətçilik və milli konteksindən yanaşır, buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemlərimizi yada salır, unutmamağımızı, keçmişdən ibrət götürməyi gənclərə anladaraq izah edir.
Onun fikirləri tövsiyə xarakterlidir, yanlışlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyır. Prezident İlham Əliyev hər zaman gənclərimizə azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməyi tövsiyə edir. Müasir gənclik tariximizin bütün dövrləri haqqında bütün həqiqətləri müfəssəl və təfərrüatlı bilməlidir, 100 il əvvəl canını Vətən yolunda fəda etmiş igid övladlarını daha yaxından tanımalıdırlar.
Bu mövzuda bir xatırlatmanın yerinə düşdüyü qənaətindəyəm. Xalqımızın qəhrəmanlıq səlnaməsində şərəfli həyat yolu olan minlərlə igidi var, ancaq müasir nəsil onlar haqqında hələ də dərin məlumatlara malik deyil. Onlardan biri olan Həbib bəy Səlimov haqqında öyrəniləsi çox şeylər var. 1881-ci ildə Naxçıvanda anadan olmuş bu məşhur sərkərdəmizin komandanlığı ilə Azərbaycan Ordusu mətanətlə, dəyanətlə ermənilərlə savaşda döyüşərək tarix yazmışdır. General-mayor hərbi rütbəsinə qədər yüksələn Həbib bəy Səlimov Azərbaycan Milli Ordusunda Baş Qərargah Akademiyasını bitirmiş ikinci general idi. Azərbaycanın Qarabağa erməni separatçılarına və Ermənistandan gəlmiş quldur dəstələrinə qarşı döyüşdə ordu komandanı kimi onun şücaiəti əvəzsiz olub. Qafqaz İslam Ordusunun Baş Qərargah rəisi olan Həbib bəyin Qarabağ savaşında fədakarlıq göstərmiş və Əsgəran qalasının alınmasında, üçrəngli Azərbaycan bayrağının sancılmasında xüsusi xidmətləri olub. 1920-ci il mart ayının 22-də Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq istəyən daşnaklar Əsgəran keçidini ələ keçirməyə cəhd göstərdilər. Son dərəcə təhlükəli vəziyyət yarandığını nəzərə alan hökumət artıq hərbi yürüşlərdə kifayət qədər təcrübə toplamış general Həbib bəy Səlimovun komandanlığı altında Yuxarı Qarabağa güclü əsgəri qüvvə göndərdi. Bu qüvvə işğalçı erməni dəstələri ilə 12 gün amansız vuruşmalardan, qanlı döyüşlərdən sonra daşnak ordusunu darmadağın etdi və erməni generalı Dəli Qazar öldürüldü. Həbib bəyin sərkərdəlik məharəti nəticəsində Azərbaycan əsgəri özünün ən şanlı vuruşlarından birini də zəfərlə başa çatdırmağa nail oldu. Tarixə “Əsgəran müharibəsi” kimi düşmüş bu savaş Vətən yolunda silaha sarılan türk oğlunun qarşısını heç bir qüvvənin almağa qadir olmadığını düşmənlərimizə bir daha göstərdi.
Onu da unutmamalıyıq ki, milli birlik və milli iradə hər şeyə qalib gəlir. Milli iradə olmadıqda Dövlət və Vətən ağır sınaqlar qarşısında qalır. Düşmənlər isə bundan daha tez istifadə edirlər. Məsələn, 1993-cü ilin 4 iyun hadisələri də məhz ölkəmizdə milli iradənin, milli birliyin olmadığını göstərən tariximizin bir parçasıdır. Hakimiyyətdə olmaq, hələ yaxşı idarə etmək deyil. Güclü hakimiyyət azərbaycançılıq ideologiyası ətrafında xalqı sıx birləşdirən, milli iradəni və birliyi təmin etməyi bacaran iqtidardır. Bu olmadıqda dövlət parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşir. 4 iyun hadisələri belə bir milli-siyasi böhrana yol açmışdı. Müasir Azərbaycan dövlətçiliyinin memarı Ulu öndər Heydər Əliyevin məharəti və dühası sayəsində məhz təhlükədən xilas olduq, müstəqil dövlətimizi yeni işıqlı yollara çıxardıq.
Bu gün istər İrəvanın gerçək tarixi, istərsə də Həbib bəy kimi qəhrəmanlarımızın mətanətli ömür yolu dərindən öyrənilməli, təbliğ edilməlidir. Həbib bəyin Qarabağda ucaltdığı üçrəngli bayrağımız bu gün Lələtəpədə dalğalanır. Və inanıram ki, Əsgəran qalasına bayrağımızı sancan Həbib bəyin davamçıları olan igid əsgərlərimiz bayrağımızı yenə də Əsgərəna, Şuşaya dikəcəkdir. O torpaqlar bizimdir və Ali Baş komandan İlham Əliyevin bəyan etdiyi kimi
Qarabağ Azərbaycanındır!!!
İctimai Dəstək 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?